27 
Dek
2016
16:08
15
106
5645
Virtual karabakh

Xarici onlayn mağazalardan alınan mallara görə ƏDV ödəniləcəkmi?

27 Dek, 2016
16:08
5645

Xarici onlayn mağazalardan alınan mallara görə ƏDV ödəniləcəkmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Daha bir mühüm məsələ rəqəmsal iqtisadiyyat çərçivəsində aparılan əməliyyatların vergiyə cəlb olunmasının işlək mexanizminin müəyyən edilməsidir.

Qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərə əsasən, elektron ticarət qaydasında qeyri-rezidentlərdən işlərin və xidmətlərin təqdim edilməsinə, habelə elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə ƏDV alıcının olduğu yerdə tətbiq ediləcək”.

Oxu.Az xəbər verir ki, bu barədə Vergilər naziri Fazil Məmmədov AZƏRTAC-a müsahibəsində deyib. 

Onun sözlərinə görə, internet üzərindən xaricdən alınmış mallara görə ƏDV ödənilməyəcək:

“Bir daha qeyd etmək istərdim ki, burada söhbət qeyri-rezidentlərdən, internet üzərindən xaricdən alınmış mallardan deyil, iş və xidmətlərdən gedir. 

Bu dəyişikliyin əsas məqsədi rəqabət şərtlərini eyniləşdirmək və uçot sistemi qurmaqdır”, - deyə nazir bəyan edib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri