27 
Dek
2016
19:00
153
71
10369
Virtual karabakh

“iPhone 8”-in bəzi özəllikləri internetə sızdı

27 Dek, 2016
19:00
10369

“iPhone 8”-in bəzi özəllikləri internetə sızdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyanın “Mac Otakara” portalı 2017-ci ildə təqdimatı gözlənilən “iPhone 8” smartfonu haqqında yeni məlumatlar yayıb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, “iPhone 8”in 3D formatında çəkiliş üçün vertikal ikili kameraya, daha parlaq və qənaətcil OLED-displeyə malik olacağı bildirilir. 

Cihazın korpusu şüşədən olacaq və bunun sayəsində smartfon simsiz şarj edilə biləcək.
Bundan başqa, gələn il “iPhone 7s” və “iPhone 7s Plus” smartfonlarının da təqdim olunacağı gözlənilir. Bu cihazların LCD-ekran, alüminium korpus və horizontal yerləşəcək obyektivə malik olacaqları gözlənilir.

Qeyd edək ki, “Apple”ın “Ferrari” avtomobil brendi ilə əməkdaşlıq şəraitində xüsusi smartfon buraxacağı barədə də xəbər yayılıb.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri