29 
Dek
2016
16:15
40
101
7779
Virtual karabakh

“Alibaba”da Azərbaycanın bu məhsulları populyardır

29 Dek, 2016
16:15
7779

“Alibaba”da Azərbaycanın bu məhsulları populyardır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

azexport.az” saytı “alibaba.com” portalı vasitəsilə Azərbaycan məhsullarına xarici bazarlardan daxil olan tələbə dair infoqramı azərbaycanlı iş adamlarına təqdim edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, infoqramda əks olunan məlumatlara əsasən, ötən 1 ay ərzində portal vasitəsi ilə Azərbaycandan 1500-dən artıq sorğu ilə şərab və digər içki növləri, 600-dən artıq sorğu ilə meyvə və quru meyvələr, 250-dən artıq sorğu ilə mebel və 160-dan artıq sorğu vasitəsilə dərman bitkiləri və biyan kökü “alibaba.com” saytında axtarış verilib.

Qeyd edək ki, bu məlumatlar “alibaba.com” saytının statistik göstəriciləri əsasında “azexport.az” saytı tərəfindən hazırlanıb.

Məlumatlar “alibaba.com” istifadəçilərinin 20 fərqli ölkədən apardıqları axtarış sorğularına əsaslanır.

Əlavə edək ki, “azexport.az” dünyanın ən nüfuzlu ticarət portallarından biri olan “alibaba.com”-un qızıl üzvüdür və əldə olunan razılaşmaya uyğun olaraq “azexport.az” mütəmadi olaraq portalın statistik məlumatları əsasında xarici bazarlara dair azərbaycanlı iş adamlarına analitik məlumatlar təqdim edəcək.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri