Yan
2017
12:41
176
15
8983
Virtual karabakh

Nokia ilk android telefonunu satışa çıxardı - VİDEO

9 Yan, 2017
12:41
8983

Nokia ilk android telefonunu satışa çıxardı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uzun illərdir mobil telefon bazarından uzaqda qalan Nokia şirkəti ötən il 6-7 ədəd yeni telefonla bazara qayıdacağını elan etmişdi.

Oxu.az gsmarena-ya istinadən xəbər verir ki, Nokia fanatları yeni telefonun ilk olaraq MWC 2017-də (Mobil Dünya Konqresi) elan olunacağını gözləsələr də, Nokia şirkəti telefonu daha əvvəl ictimaiyyətə təqdim edib.

İlk olaraq Çində satışa çıxarılan yeni Nokia 6-nın texniki parametrləri isə bu şəkildədir : 

5.5 dyumluq Full HD ekran
Snapdragon 430 çip
4 GB RAM
64 GB daxili yaddaş (microSD dəstəklənir)
İki simkart girişi
16 MP arxa kamera
3000 mAh batareya
Android 7.0 Nougat əməliyyat sistemi.

Məlumat üçün qeyd edək ki, yeni telefon Çin bazarında 245 dollara satılacaq.

İsmayıl Nur

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri