12 
Yan
2017
15:19
137
38
13201
Virtual karabakh

“WhatsApp”da daha bir yenilik

“WhatsApp” messencerinin 2.17.6 beta versiyasında GİF şəkillərin axtarılması imkanı yaradılıb.

Oxu.Az-ın məlumatına görə, Lent.az “vistanews.ru” saytına istinadən xəbər verir ki, artıq istifadəçilərə GİF-görüntülərin kitabxanasına rahat daxil olmaq imkanı təqdim edilir.

Bundan əvvəl GİF görüntü göndərmək üçün əvvəlcədən cihazın yaddaşına yüklənmiş şəkil lazım idi. Sonradan isə bu şəkil məlumatlara əlavə edilməli idi. GİF görüntülərin göndərilməsi üçün daha bir variant kənar, o qədər də rahat olmayan əlavələrin istifadəsi idi.

Artıq “WhatsApp” istifadəçiləri bir emodzi düyməni sıxmaqla GİF-lər olan kitabxanaya keçid əldə edə biləcəklər. Bundan başqa, açar sözlərlə lazımi şəkli axtarmaq imkanı da yaradılıb. 

Qeyd etmək lazımdır ki, bu xidmət “WhatsApp” messencerində rəqiblərindən xeyli gec yaradılıb. Yeni funksiyanı ancaq 2.17.6 beta versiyasında istifadə etmək mümkündür. Onun standart versiyada bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi isə hələlik məlum deyil.

U.A.
www.oxu.az

Digər İKT xəbərləri