13 
Yan
2017
11:59
22
51
1708
Virtual karabakh

“Facebook” mütəxəssislər axtarışındadır: Yenilik gözlənilir

13 Yan, 2017
11:59
1708

“Facebook” mütəxəssislər axtarışındadır: Yenilik gözlənilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaxın gələcəkdə “Facebook” fikirlərin oxunması kimi yenilik tətbiq edəcək. 

Oxu.Az-ın məlumatına görə, Fins.az “Business İnsider”ə istinadən xəbər verir ki, bu işlərin reallaşdırılması üçün ötən il yaradılan araşdırma şirkəti “Building 8” yeni vakansiyasını açıqlayıb.

Belə ki, yeni vakansiya gələcəyin əlaqə platforması üzərində qurulub. Vakansiyalar neyrovizalizasiya və elektrofiziologiya texnologiyası sahəsində peşəkarlıq tələb edir.

Həmçinin, şirkət interfeys mühəndisi və mikrobioloq vakansiyalarına işçi qəbulu elan edib. Bundan başqa, alqoritm və audio siqnallar vasitəsilə işləyə bilən mütəxəssislərə ehtiyac olduğu bildirilir. Ümumilikdə, fikirləri oxuya bilən sistemin yaradılmasına 2 il sərf ediləcəyi güman olunur.
Məsələ ilə bağlı “Facebook” rəsmiləri hər hansı fikir söyləməkdən imtina ediblər.

Qeyd edək ki, hələ 2015-ci ildə Mark Zukerberq “vaxt gələcək biz fikirlərimizi birbaşa bir-birimizə texnologiya vasitəsilə ötürəcəyik” cümləsini işlədib. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri