14 
Yan
2017
10:00
25
100
6278
Virtual karabakh

“YouTube”dan yeni funksiya

14 Yan, 2017
10:00
6278

“YouTube”dan yeni funksiya

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“YouTube” video xidməti yeni – “Super Chat” funksiyasının tətbiq olunacağını anons edib.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, yeni funksiyaya əsasən onlayn yayımlarda adi şərhlərdən fərqlənən şərh yerləşdirmək mümkün olacaq. Bunun üçün ödəniş etmək lazım gələcək.   

Pullu şərh xüsusi rənglə fərqləndiriləcək və bir müddət yayımla bağlı çatın yuxarısında qalacaq. Bu cür şərhin qiyməti onun həcmindən və yuxarı başda (“Top” şərhlər) hansı müddətə qalacağından asılı olacaq. Şərhi istənilən rəngdə vermək mümkündür.

Yanvarın 31-dən etibarən bəzi istifadəçilərə yeniliyi test etmək və izləmək imkanı veriləcək. 20 ölkənin istifadəçiləri üçün yeni funksiya əlçatan olacaq, daha 20 ölkənin istifadəçiləri isə bu yeniliyi izləyə biləcək.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri