17 
Yan
2017
11:00
42
22
2840
Virtual karabakh

İdeya üçün 20 min dollar? Azərbaycanda “Golden Byte - 2017” beynəlxalq çempionatının seçim turu başladı

17 Yan, 2017
11:00
2840

İdeya üçün 20 min dollar? Azərbaycanda “Golden Byte - 2017” beynəlxalq çempionatının seçim turu başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sizin gənclər arasında keçiriləcək “Golden Byte - 2017” beynəlxalq IT çempionatında qeydiyyatdan keçmək imkanınız var. Uduş fondu - 20000 dollar!

“Golden Byte” nədir?

Bu aparıcı IT şirkətlərin qarşısında öz layihəni təqdim etmək üçün inanılmaz bir imkan, digər ölkələrin tәsisçilәri ilə təcrübə mübadiləsi və ən əsası özünü və öz layihəni obyektiv qiymәtlәndirmәk imkanıdır.

Biz iştirakçılar dünyaca tanınmış şirkətlərdən iş təklifi, start-up layihələri, fond və biznes mələklərindən investisiyalar qazanırlar!

Çempionat artıq 9-cu dəfədir baş tutur. Hər il çempionatda Ukrayna, Belarus, Qazaxıstan, Rumıniya, Slovakiya, Bolqarıstan və Moldovadan 10000-dən çox gənc iştirak edir. 

Bu il Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan ilk dəfə olaraq bu çempionatda iştirak edir və buna görə sənin öz ölkəni beynəlxalq səviyyədə təmsil etmək şansın var.

2017-ci ildə biz iştirakçılara “Invent, Create, Change” (İcad et, Yarat, Dəyiş) mövzusunu və aşağıdakı nominasiyaları təklif edirik. 

- “Startup Challenge” – proqram layihələri müsabiqəsi;

- “Networking Technologies” – sistem inzibatçıları nominasiyası;

- “Mobile Development” – mobil proqramlar müsabiqəsi;

- “Internet of things” – innovasiya layihələri müsabiqəsi;

- “Game Design” – oyun yaratma müsabiqəsi;

- “Character Design” – oyun personajlarının yaradılması üzrə müsabiqə;

- “Web Design” - web-lahiyələr müsabiqəsi;

- “Short Movie” - qısa film müsabiqəsi;

- “NoSQL Expert” - məlumat bazaları ilə iş üçün proqram konkursu;

- “Junior Competition” - 10-17 yaşlı məktəblilər müsabiqəsi;

Çempionatın təşkilatçısı peşəkar kompüter təhsili üzrə ixtisaslanmış beynəlxalq təhsil mərkəzi STEP IT Academy-dir. 

Akademiyanın dünyanın 4 qitəsinin (Avropa, Asiya, Qərbi və Şərqi Amerika) 16 ölkəsində 44 filialı fəaliyyət göstərir. Məhz sənin ideyan IT dünyasında çevrilişə səbəb ola bilər! Cəsarətli ol, “Golden Byte - 2017” beynəlxalq IT çempionatında iştirak et!

Qeydiyyat və ideyaların qəbulu yanvar ayının 31-ə qədər çempionatın rəsmi səhifəsində açıqdır - http://goldenbyte.org

Suallarınızı çempionatın Azərbaycandakı koordinatoru Qənbərov Yusifə ünvanlaya bilərsiniz - 050 652 53 18, [email protected]

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri