19 
Yan
2017
12:57
19
181
2465
Virtual karabakh

Azərbaycanda sosial şəbəkələrin fəaliyyəti tənzimlənə bilər

19 Yan, 2017
12:57
2465

Azərbaycanda sosial şəbəkələrin fəaliyyəti tənzimlənə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda internet resursları, o cümlədən sosial şəbəkələri, bloggerlərin fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklif olunur.

Oxu.AzReport”-a istinadən xəbər verir ki, bu təşəbbüslə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov komitənin iclasında çıxış edib.

O qeyd edib ki, bu gün dünyada bloggerlərin fəaliyyəti başqa cür dəyərləndirilsə də, Azərbaycanda buna yanaşmada fərqli baxış var və onun fəaliyyətinin sərhədləri müəyyən edilməyib: “Ona görə də bu sahənin fəaliyyətini tənzimləyən yeni qanuna ehtiyac var”.

Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov da bu təşəbbüsü dəstələyib: 

“Kim nə istəyirsə, onu da yazır. Odur ki, bu sahədə bir xaos hökm sürür. Ona görə də bu sahənin qanunla tənzimlənməsinə ciddi ehtiyac var”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri