19 
Yan
2017
19:10
159
38
2560
Virtual karabakh

“Kaspersky Lab”: Sosial şəbəkələr insanları depressiyaya salır

19 Yan, 2017
19:10
2560

“Kaspersky Lab”: Sosial şəbəkələr insanları depressiyaya salır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kaspersky Lab” şirkətinin apardığı yeni araşdırmanın nəticələrinə əsasən, əksər istifadəçilər üçün sosial şəbəkələrdə həyat pis əhval-ruhiyyə və məyusluqla assosiasiya olunur.

Şirkətdən Oxu.Az-a verilən məlumata görə, sorğuda iştirak etmiş respondentlərin 42%-i etiraf edib ki, paylaşımları daha böyük maraqla qarşılanan dostlarına həsəd aparırlar.

Onların əksəriyyəti postları və fotoları gözlədiklərindən az “like” topladıqda kədərlənirlər.İnsanlar sosial şəbəkələrə müəyyən müsbət məqsədlərlə üz tuturlar: 65% istifadəçi dostları və həmkarları ilə əlaqə saxlamaq, 60%-i isə əyləncəli və maraqlı paylaşımlardan xəbərdar olmaq üçün sosial şəbəkələrə daxil olur. 

İstifadəçilər öz hesablarını formalaşdırmaq üçün kifayət qədər çox vaxt sərf edirlər. Ən çox paylaşılan kontent sırasında məzuniyyətdə çəkilmiş fotolar (61%) və müsbət emosiya yaradan informasiyalar (43%) yer alır.

Əslində isə sosial şəbəkələrdə həyat bir çox qıcıqlandırıcı məqamlarla yadda qalır: burda ilk sıranı təbii ki, reklam tutur (bu, respondentlərin 72%-ni təngə gətirir), lakin bir çox xoşagəlməz faktorlar istifadəçinin yaxın ətrafından asılı olur.

Demək olar ki, hər kəs əsəbləşə bilər: dəvət olunmadığı şənlikdən fotolar (respondentlərin 59%-i etiraf edir ki, bu, onların əhvalını korlayır), dostların məzuniyyətdən fotoları (45%), hətta özlərinin vaxtilə paylaşdıqları xoşbəxt xatirələrə baxdıqda belə, əvvəl daha yaxşı yaşadıqlarını düşünərək məyus olurlar (37%).

Sosial şəbəkələr üzrə aparılan öncəki araşdırmalar onu göstərir ki, insanların 78%-i həyatında ən azı 1 dəfə bu xidmətlərdən imtina etməyi düşünüb. Onları bu qərardan əsasən, dostları ilə əlaqəni itirmək və şəxsi “rəqəmsal xatirələri”: postlar, fotolar, video-çarxlar və s. itirmək qorxusu saxlayır. 

Hazırda “Kaspersky Lab” şirkəti bu problemi həll etmək üçün “FFForget” adlı tətbiq hazırlayır ki, bu tətbiq sayəsində insanlar sosial media hesablarını bağlamaq qərarını üçüncü tərəflərdən asılı olmadan sərbəst şəkildə verə biləcəklər.

“Kaspersky Lab” şirkətinin sosial media idarəetməsi üzrə rəhbəri Yevgeni Çereşnev bildirib:

“Sosial şəbəkələrlə münasibətimiz xoşagəlməz hal almağa başlayır. Biz bu cür saytları xoş xəbərlər almaq üçün istifadə edirik, eynilə də digərləri. Biz sevincdolu post və fotolarla əhatə olunuruq. 

Dostlarımızın bizdən daha xoşbəxt həyat sürdüyü qənaətinə gəlirik. Bu səbəbdən insanlar özlərini depressiv hiss edir və sosial şəbəkələri tərk etməyi düşünürlər. Lakin bu məqamda biz tələyə düşürük: bu platformalarda kifayət qədər dəyərli xatirələrimiz mövcud olur və biz onları itirməkdən qorxuruq”.

U.A.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri