23 
Yan
2017
15:47
18
80
4996
Virtual karabakh

“Apple” gələcək “iPhone” modellərində bu vacib funksiyadan imtina edəcək

23 Yan, 2017
15:47
4996

“Apple” gələcək “iPhone” modellərində bu vacib funksiyadan imtina edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gələcək “iPhone” modellərində barmaq izi skanı olmayacaq”.

Oxu.Az-ın məlumatına görə, “Technote.az”ın “Apple Insider”ə istinadən xəbər verir ki, bu bəyanatı “KGI Securities” şirkətinin analitiki Ming-Chi Kuo səsləndirib. 

Onun sözlərinə görə, istifadəçinin identifikasiyasını həyata keçirən vacib funksiyanı, üzün iki səviyyəli identifikasiyası əvəz edəcək. 

Kuo güman edir ki, “Apple” hal-hazırda birbaşa ekrana inteqrasiya olunan ultrasəs ötürücülərinin istehsalçıları ilə danışıqlar aparır. 

Bundan başqa, “iPhone 8” modelində istifadəçinin üzünün identifikasiyası texnologiyasının da olacağı gözlənilir. Bu üsul ilə sistem, kameradakı görüntünü, smartfonun yaddaşındakı istifadəçinin fotoları ilə müqayisə edəcək. 

Əgər istifadəçinin üz xüsusiyyətləri onun fotoları ilə uyğun gələrsə, onda “iPhone” avtomatik olaraq blockdan çıxacaq. Sözügedən üsul, istifadəçinin smartfonunu, barmaq izi skanına nisbətən daha toxunulmaz edir.

Qeyd edək ki, bu mütəxəssis “Apple” ilə bağlı proqnozlarında çox nadir hallarda yanılır. 

Xatırladaq ki, barmaq izi skanı ilk dəfə 2013-cü il “iPhone” modelində reallaşdırılmışdı. 

Sözügedən texnologiyanın birinci nəsli, “iPhone 5s”, “iPhone 6”, “iPhone 6 Plus” və “iPhone SE” modellərində var. “IPhone 6s”, “iPhone 6s Plus”, “iPhone 7” və “iPhone 7 Plus” modelləri isə texnologiyanın ikinci nəsli ilə təchiz olunublar. 

“AuthenTec” şirkətinin istehsalı olan bu ötürücülər, barmaq izini, 500 ppi-da skanını həyata keçirirlər.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri