23 
Yan
2017
16:06
36
71
2398
Virtual karabakh

“Microsoft”da kütləvi ixtisarlar davam edir

23 Yan, 2017
16:06
2398

“Microsoft”da kütləvi ixtisarlar davam edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın texnologiya nəhəngi “Microsoft” kütləvi şəkildə işçilərin ixtisarına başlayıb. 

Oxu.Az Technote.az-a istinadən xəbər verir ki, daha 700 nəfər növbəti həftədən etibarən işsiz qalacaq. 

Daha əvvəl şirkət bəyan etmişdi ki, “Microsoft” strategiya dəyişikliyi səbəbindən təxminən 3000 nəfərin işinə son verəcək. Şirkətin bu istiqamətdə atdığı addımlardan biri də məhz 700 nəfərin işdən çıxarılması olacaq. 

Qeyd edək ki, son olaraq şirkətdən 2000 nəfər ixtisara düşüb və “Microsoft”un belə bir addımı atmasına səbəb isə maliyyə çətinliyi göstərilir. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri