14 
Fev
2017
18:58
162
30
20705
Virtual karabakh

Yeni “Nokia” modelləri ilə bağlı ilkin məlumatlar – QİYMƏT

14 Fev, 2017
18:58
20705

Yeni “Nokia” modelləri ilə bağlı ilkin məlumatlar – QİYMƏT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“HMD Global” şirkəti “MWC 2017” sərgisində 3 ədəd yeni “Nokia” modeli təqdim edəcək.

Oxu.Az Technote.az-a istinadən xəbər verir ki, məşhur insayder Evan Blass deyib ki, bu smartfonlar “Nokia” 3, 5 və 3310 modelinin davamçısı olacaq.

Şirkət “Nokia 6” ilə “Galaxy S7” və “iPhone 7” cihazlarına rəqib olmağı düşünmürdü. Sərgidə təqdim olunacaq “Nokia” 3 və 5 modelləri də “Android 7.0 Nougat” əməliyyat sistemi vasitəsilə çalışacaq büdcəli smartfonlar olacaqlar. 

“Nokia 5”in göstəriciləri, “Nokia 6” ilə demək olar ki, eynidir. Əsas fərq isə ondan ibarət olacaq ki, “Nokia 5”, 2 GB-lıq RAM, 720p keyfiyyətli ekran və 12 MP-lik arxa kamera ilə təchiz olunacaq. 

Bu cür göstəricilər, smartfonun qiymətini 50 avro aşağı salmağa imkan verəcək. 

Beləliklə, onun gözlənilən qiyməti 199 avrodur (365 manat - red.). “Nokia 3”ün qiyməti isə 149 avro (274 manat - red.) təşkil edəcək. Lakin onun texniki göstəriciləri barədə heç bir məlumat yoxdur. 

Ən maraqlısı isə “Nokia 3310” modelinin davamçısı olacaq yeni telefondur. Ondan ən çox gözlənilən yüksək davamlı korpus və batareya həcmidir. 

Bu telefon barəsində də qiymətdən başqa heç bir məlumat yoxdur. Onun güman olunan qiyməti 59 (109 manat - red.) avrodur.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri