16 
Fev
2017
12:30
215
38
4555
Virtual karabakh

Azərbaycan “ağıllı saat” hazırlayır

16 Fev, 2017
12:30
4555

Azərbaycan “ağıllı saat” hazırlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın “BrailleX” IT şirkəti görmə məhdudiyyəti olan şəxslər üçün “ağıllı saat” hazırlayır.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə şirkətin rəhbəri Sayad İbrahimov deyib.

Onun sözlərinə görə, “Braille Watch” saatının prototipi fevralın sonunda təqdim olunacaq, payızda isə bu qurğu kütləvi istehsal üçün tam hazır olacaq.

S.İbarhimov deyib: “Braille Watch” çoxfunksiyalıdır və əlverilşli qiymətlərlə təqdim olunacaq. Qurğuya inteqrə olunan funksiyalar görmə məhdudiyyəti olan şəxslərə həyat tərzini dəyişməyə imkan verəcək. 

Bu saatdan istifadə etməklə onlar vaxtı öyrənə, SMS-ləri oxuya və cavab yaza bilərlər. Bundan başqa, “ağıllı saat”ın yolda maneənin olub-olmaması barədə məlumat vermək funksiyası da olacaq”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri