17 
Fev
2017
10:00
10
77
3124
Virtual karabakh

Qüsursuz selfinin yeni standartı

17 Fev, 2017
10:00
3124

Qüsursuz selfinin yeni standartı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrin aktiv istifadəçisi kimi, mənim üçün keyfiyyətli fotoşəkillər əldə etmək çox vacibdir. Əgər əvvəl ön kameranın aşağı keyfiyyətli şəkilləri ilə kifayətlənmək məcburiyyətində idiksə, indi hər şey dəyişib. 

Tanış olun, özündə multifunksionallığı, müasirliyi və sərfəliliyi birləşdirən smartfon – “Galaxy A5”. “Samsung” istehsalı olan bu yeni smartfon, öz inanılmaz göstəriciləri və xüsusiyyətləri ilə həyatınızı asanlaşdırmağa qadirdir. A5, 8 nüvəli prosessorla, 2 ədəd 16 meqapiksellik kamera ilə təchiz olunmuşdur. 

Bəli, tamamilə, düz eşitdiniz – iki ədəd 16 meqapiksellik kamera. Smartfonun ön kamerası dolğun və aydın şəkillər çəkir, bu da öz növbəsində, çətin ki, selfi həvəskarlarının diqqətindən yayına.

Vacib odur ki, F1.9 ölçülü linzalar və Light+Camera - işıq səviyyəsinin avtomatik müəyyən edilməsi sistemi sahəsində, smartfon zəif işıqlı mühitlərdə belə qüsursuz şəkillər çəkir. 

Qeyd etmək lazımdır ki, “Galaxy A5”in 5,2 düymluq Super Amoled ekranı 1080х1920 piksel icazəlidir. Buna görə də, A5-in ekran görüntüsünü maksimal dərəcədə aydın və realistikdir. Xüsusi matrisası sahəsində smartfonun ekranı hətta ən parlaq günəş şüaları altında belə qaralmır. 

“Galaxy A5” premiumu sərfəli edərək foto həvəskarlarına yeni imkanlar yaradır.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri