27 
Fev
2017
14:07
204
19
10577
Virtual karabakh

Əfsanəvi “Nokia 3310”-un yeni təqdimatı oldu – FOTO + VİDEO

27 Fev, 2017
14:07
10577

Əfsanəvi “Nokia 3310”-un yeni təqdimatı oldu – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Barselonada keçirilən Ümumdünya Mobil Sərgisində (Mobile World Congress, MWC) əfsanəvi “Nokia 3310” mobil telefonunun yeni versiyası təqdim olunub. 

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, “Nokia” brendi ilə smartfon və planşet istehsalı üçün 10 il müddətinə lisenziya alan Finlandiyanın “HMD Global” şirkəti yeni istehsal etdiyi klassik “Nokia 3310”-u nümayiş etdirib. Yeni “Nokia 3310” 2 meqapiksel kamera, MicroSD-slot və MP3 pleyerə malikdir.

Telefon 2000-ci illərin əvvəllərindəki klassik “Nokia” kimi danışıq rejimində 22 saat və gözləmə rejimində 1 ay çalışır. Telefon 4 rəngdə hazırlanıb: qırmızı, sarı, göy və boz. Pərakəndə satış qiyməti 49 avro olacaq. 

“Nokia 3310”-la birlikdə 3 smartfon – “Nokia 3”, “Nokia 5” və “Nokia 6” smartfonları da təqdim olunub. Bu seriyadan olan smartfonlar “Android Nougat” əməliyyat sistemi ilə çalışır.

Onların hamısında “Google Assistant” əlavəsi quraşdırılıb. Qiymət modeldən asılı olaraq 139 avrodan 229 avroya qədər olacaq.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri