Mar
2017
13:15
7
79
1498
Virtual karabakh

Azərbaycanda kiberhücumlara yol açan səbəblər açıqlandı

3 Mar, 2017
13:15
1498

Azərbaycanda kiberhücumlara yol açan səbəblər açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda şirkətlərə kiberhücum cəhdləri 2,2 milyonu üstələyib. 

Oxu.Az xəbər verir ki, onların əksəriyyəti-84 %-i Bakıda, 11%-i Abşeronda qeydə alınıb. 

Paytaxtda hücuma məruz qalan korporativ kompüterlərin sayı ümumilikdə 11 min təşkil edib. Kiberhücumlara yol açan ən geniş yayılan səbəblər aşağıdakılardır:  

1. Zərərəli proqram təminatı
2. Əməkdaşların İP resusrslardan düzgün istifadə etməməsi
3. korporativ məlumatların saxlandığı cihazların itirilməsi

2016-cı ildə Azərbaycanda qeydə alınan bu göstərici qlobal tendensiya ilə eyni səviyyədə artmaqda davam edir. Belə ki, "Kasperskiy Lab" şirkətinin araşdırmalarına əsasən, 2016-cı ildə dünyadakı hər qurum ən azı 1 dəfə kiberhücuma məruz qalıb.

Ümumilikdə kiberhücumlardan kiçik və orta biznesə təxmnən 86,5 min dollar, böyük bizneslər isə 861 min dollar zərərə düşüb.

Araşdırmanın nəticələrinə görə, şirkətlərin 43%-i kiberhücumlar nəticəsində mühüm əhəmiyyətli informasiya itkisi ilə üzləşiblər. Hər 3-cü şirkət  təxminən 37% kommersiya sirri və ya əqli mülkiyyətlə bağlı, hər 4-cü şirkət isə maliyyə məlumatlarının oğurlanması halları ilə qarşılaşıb. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri