Mar
2017
18:29
38
104
8632
Virtual karabakh

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin rəhbərliyində yeni təyinat

7 Mar, 2017
18:29
8632

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin rəhbərliyində yeni təyinat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının dövlət başçısı cənab İlham Əliyev tərəfindən 2009-cu il dekabr ayının 22-də istismara verilmiş ən iri vergi ödəyicilərindən biri olan və ölkəmizin iqtisadiyyatının stabil inkişafına öz töhfəsini verən, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksi sayılan Sumqayıt Texnologiyalar Parkının rəhbərliyində dəyişiklik edilib. 

Qurumdan Oxu.Az-a verilən məlumata görə, “Sumqayıt Texnologiyalar Parkı” MMC-yə baş direktor vəzifəsinə Emin Yaşar oğlu Məmmədov təyin olunub.

Emin Məmmədov 6 oktyabr 1973-cü ildə anadan olub. 1995-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Energetika” fakültəsini, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirib. Emin Məmmədov tanınmış beynəlxalq maliyyə təşkilatlarının əməkdaşı olaraq, istehsal layihələrinin maliyyələşdirilməsi sahəsində də böyük təcrübə toplamış, 1997-ci ildən bank sistemində çalışır.

Bu təyinat TexnoParka yeniliklər gətirərək, idarəetmədə yenidənqurma işləri ilə yanaşı, struktur və kadr dəyişikliklərinə, onun daha sürətli inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək.

Regionda ən son texnoloji nailiyyətlərin innovativ həllərlə qovuşduğu və geniş təcrübə ilə dəstəklənən STP, Azərbaycanın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəmək qabiliyyətinə qadir olan istehsalat müəssisəsidir.

Ümumi 250 hektar sənaye tikililəri sahəsində yerləşən STP-nin bütün zavodları Avropada istehsal olunmuş ən yeni texnoloji avadanlıqla təchiz olunub. İstehsal prosesində istifadə olunan xammalları Avropanın qabaqcıl ölkələrindən idxal edir. İstehsal edilmiş mallar isə AZS ISO/IEC 17025-2009, eləcə də ISO 9001 və OHSAS 18001 beynəlxalq standartlarının tələblərinə uyğunlaşdırılmışdır.

Sumqayıt Texnologiyalar Parkı barədə daha ətraflı məlumat üçün *0990 zəng edə və ya www.stp.az saytına daxil ola bilərsiniz.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri