Mar
2017
12:14
13
54
1857
Virtual karabakh

“Elektron imza” vasitəsilə nə qədər əməliyyat aparılır?

9 Mar, 2017
12:14
1857

“Elektron imza” vasitəsilə nə qədər əməliyyat aparılır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Elektron imza” virtual mühitdə istifadəçinin şəxsiyyətini müəyyənləşdirən vasitələrdən biridir. 
O, elektron sistemdə imzanın daşıdığı bütün funksiyaları yerinə yetirən, göndərilmiş elektron məlumatı kodlaşdıran və göndərəni təyin edən ədədi koddur.

Bu barədə Oxu.Az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib. 

Elektron sənəd mübadiləsinin təsdiqləyici elementi kimi “elektron imza” virtual məkanda prosesin təhlükəsiz və çevik icrasını təmin edir. Məhz bu səbəbdən də “elektron imza” istifadəçilərinin sayı artmaqda davam edir.

Belə ki, “elektron imza” sertifikatlarının istifadəyə verildiyi gündən cari ilin 1 mart tarixinədək olan statistikaya əsasən, dövlət qurumları üzrə 67 min 42, fiziki şəxslər üzrə 17 min 304, hüquqi şəxslər üzrə isə 17 min 384 olmaqla, ümumilikdə 101 min 730 elektron imza sertifikatı Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verilib.

Məlumat üçün bildirək ki, 2017-ci ilin ilk 2 ayı ərzində istifadəyə verilən “elektron imza” sertifikatının ümumi sayı 1514 olub. Onlardan dövlət qurumlarının payına 1060, fiziki şəxslərin payına 94, hüquqi şəxslərin payına isə 360 “elektron imza” sertifikatı düşüb.

Bundan əlavə, “elektron imza” vasitəsilə həyata keçirilmiş əməliyyatların sayı da artmaqda davam edir. Belə ki, bu günə qədər dövlət qurumları tərəfindən 15 milyon 858 min 892, hüquqi və fiziki şəxslər üzrə 3 milyon 560 min 581 olmaqla ümumilikdə 19 milyon 419 min 473 autentifikasiya və “elektron imza” əməliyyatı aparılıb. 

2017-ci ilin ilk 2 ayı ərzində isə aparılan əməliyyatların ümumi sayı 1 milyon 584 min 680 olub ki, bu da ümumi aparılmış əməliyyatların 9% deməkdir. 

Beləliklə, dövlət qurumlarının payına toplam olaraq 1 milyon 62 min 498, hüquqi və fiziki şəxslərin payına isə 504 min 82 autentifikasiya və “elektron imza” əməliyyatı düşüb.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri