10 
Mar
2017
11:41
160
35
8814
Virtual karabakh

Bakının bu ərazilərində internet pulsuz olacaq

10 Mar, 2017
11:41
8814

Bakının bu ərazilərində internet pulsuz olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai Wi-Fi” layihəsi çərçivəsində işlər artıq yekunlaşdırılır. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanının ərazisi üzrə ictimai internetdən istifadəni təmin edən avadanlıqlar (access ponit) quraşdırılıb. 

Layihə çərçivəsində bir sıra təhlükəsizlik tədbirləri və risklər nəzərə alınaraq proqram təminatı və şəbəkənin test mərhələsinə start verilib.

Qeyd edək ki, layihənin növbəti mərhələsi kimi Heydər Əliyev Mərkəzinin ətraf ərazilərində işlər həyata keçiriləcək. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi bildirir ki, xüsusi yanaşma tələb edən memarlıq abidəsi ərazilərində işlər mütəxəssislərin nəzarəti altında həssaslıqla icra edilir: 

“Layihənin icrası zamanı dünya təcrübəsi nəzərə alınıb. Şəbəkənin səmərəli paylanması və təhlükəsizlik tədbirlərini nəzərə alaraq sürət həddi və saat limiti də beynəlxalq standartlara əsasən müəyyənləşdirilir. 

“İctimai Wi-Fi” üçün ilkin mərhələdə əhalinin daha çox sıx istirahət etdiyi yerlər seçilib”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri