14 
Mar
2017
12:09
63
28
4881
Virtual karabakh

“YouTube”dan yenilik – FOTO

İzlədiyiniz videoları dostlarınıza da izlətmək üçün hər yerdə paylaşmaqdan sıxılmısınızsa, “YouTube”un sizə yeni bir təklifi var: Uptime!

Oxu.Az “Technote”a istinadən xəbər verir ki, bundan bir neçə il əvvələ qədər “YouTube” videoları bir neçə dostun eyni evdə toplaşdığı günlərdə ən böyük əyləncələrdən birinə çevrilmişdi. 

Hərkəs öz bəyəndiyi videonu dostlarına izlətməyə çalışırdı. Daha sonra keçən zamanda bu iş inkişaf etdi və videoların sosial şəbəkələrdə paylaşılmasına doğru istiqamətləndi.

Uptime nədir, nə işə yarayır?

İndi də “YouTube”un yeni bir fikri var və adı da “Uptime”dır. Dünən “iOS” cihazlar üçün aktiv hala gələn tətbiq vasitəsilə dostlarınızla eyni otaqdaymış kimi videolar izləyə bilirsiniz.

Tətbiqin içərisində istifadəçilərin bir-biri ilə mesajlaşa bilmək və təbii ki, videolara reaksiya göstərə bilmək şansları var.

Onsuzda tətbiqi yüklədiyiniz anda “YouTube” videolarını izləməyinizə yarayan fərqli bir tətbiq olduğunu başa düşəcəksiniz.

Tətbiqdə hazırda sadəcə seçilmiş videolar yer alır və axtarış qutusunu istifadə edərək, ya da birbaşa olaraq video növü seçərək istədiyiniz videolara baxa bilirsiniz.

“YouTube” üzərindən bir videonu axtardığınızda birbaşa olaraq “Uptime” ilə paylaşa bilir və dostlarınızla izləyə bilirsiniz. 

Videonu izləməyə başladığınız zaman da ekranda sizin profil şəkliniz kiçik formada süzülməyə başlayır. Verdiyiniz reaksiyaları bu süzülən profil şəklinin üstündə görə bilərsiniz.

U.A.
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər İKT xəbərləri