28 
Mar
2017
17:19
62
38
2750
Virtual karabakh

İnsanlar fiziki alət olmadan kompüterə informasiya yükləyə biləcəklər – YENİ TEXNOLOGİYA

28 Mar, 2017
17:19
2750

İnsanlar fiziki alət olmadan kompüterə informasiya yükləyə biləcəklər – YENİ TEXNOLOGİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın “Tesla” və “SpaceX” özəl şirkətlərinin yaradıcısı, məşhur ixtiraçı, iş adamı İlon Mask (Elon Musk) yeni şirkət təsis edib.

Oxu.Az-ın məlumatına görə, Lent.azThe Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, “Neuralink” adlanan yeni şirkət insan beyni ilə kompüteri əlaqələndirəcək texnologiya işləyib hazırlayacaq.

Belə ki, şirkət insan beynindəki məlumatları hesablayaraq onları rəqəmli daşıyıcılara yazmağa imkan verən texnologiya hazırlayır. “Neyron krujeva” adlanan texnologiya elektrodların beyinə implantasiyasını nəzərdə tutur. 

Bununla insanlar hər hansı fiziki alət olmadan birbaşa kompüterə informasiya yükləyə biləcəklər. “Neuralink”in rəhbərləri gələcəkdə bu metodun bəzi xəstəlikləri, o cümlədən epilepsiya və iflici müalicə etməyə imkan verəcəyini də düşünürlər.

Layihə ilkin mərhələdədir. Artıq yeni şirkətə elektronika və insan beyni sahəsində mütəxəssis olan əməkdaşların cəlb olunmasına başlanıb.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri