29 
Mar
2017
10:08
18
47
4026
Virtual karabakh

“Facebook”dan növbəti üç yenilik – FOTO

29 Mar, 2017
10:08
4026

“Facebook”dan növbəti üç yenilik – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook” “Android” və “iOS” sistemləri üçün nəzərdə tutulmuş mobil tətbiqinə yenilənməni təqdim edib.

Oxu.Az “Technote”yə istinadən xəbər verir ki, yenilənmə özündə 3 yeni funksiyanı birləşdirir: 
Təkmilləşdirilmiş kamera funksiyası, ana səhifənin yuxarı hissəsində yerləşən “Stories” bölməsi və “Direct” adlı şəxsi söhbətlər bölməsi. 

Təkmilləşdirilmiş kamera funksiyası foto və videoya tətbiq olunan bir çox effekt, maska, çərçivə və interaktiv filtləri özündə birləşdirir. 

“Snapchat”, “Instagram”, “Facebook Messenger” və “WhatsApp”da olan “Stories” bölməsi bundan sonra sosial şəbəkənin mobil versiyasında, ana səhifənin yuxarı hissəsində təqdim olunacaq. 

“Direct” funksiyası isə müəyyən istifadəçi ilə foto və video paylaşılmasını təmin edir. Bununla belə, göndərilmiş foto və videolar da müəyyən müddətdən sonra avtomatik olaraq pozulur. Həmin kontenti qəbul edəcək şəxs isə onlara baxa və cavab verə bilər. 

Lakin kontent barəsində söhbət yekunlaşdıqdan sonra sözügedən kontent artıq “Direct” bölməsində görünməyəcək.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri