29 
Mar
2017
13:34
26
136
6728
Virtual karabakh

Bulvardakı pulsuz “Wi-Fi”dan necə istifadə etmək olar? – FOTO

29 Mar, 2017
13:34
6728

Bulvardakı pulsuz “Wi-Fi”dan necə istifadə etmək olar? – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində istifadəyə verilən “Ictimai WiFi”-a qoşulmaq üçün istifadəçilər qeydiyyatdan keçməlidirlər.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, qeydiyyatdan keçmək üçün istifadəçilər mobil telefon, “notebook”, planşet və s. portativ cihazlarda şəbəkə siyahısında “Baktelekom”-u seçməlidirlər.

İstifadəçi açılan “Phone number” xanasına öz mobil telefon nömrəsini yazır və “Get password” düyməsini aktiv edir. Daha sonra sistem tərəfindən istifadəçinin mobil nömrəsinə SMS-lə şifrə göndərilir. 

Bu şifrə 3 saat ərzində aktivdir. İstifadəçi şifrəni “Password” xanasına daxil edərək ”Log In” düyməsini aktivləşdirir. Bununla da cihaz “İctimai Wi-Fi”a qoşulur.

SMS-lə göndərilən şifrə ilə yalnız 1 (bir) cihazın pulsuz internetə qoşulması təmin olunur.
İstifadəçi 1 saat pulsuz internetdən yararlanır. Bu müddət kifayət etmədikdə istifadəçi gün ərzində daha iki dəfə pulsuz xidmətdən faydalana bilər.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri