29 
Mar
2017
15:32
33
133
2857
Virtual karabakh

Dünya bazarında hər beşinci smartfon saxtadır

29 Mar, 2017
15:32
2857

Dünya bazarında hər beşinci smartfon saxtadır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) mütəxəssisləri dünya kompüter və elektronika bazarının təhlilini aparıblar.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, təhlil nəticəsində müəyyənləşdirilib ki, 8 və 10 düym ekrana malik netbuk, noutbuk və planşetlərin 6,1%-i saxtadır. Kontrafakt akkumulyator və batareyaların payı 5%, telefonların payı 25% təşkil edir. 

Mütəxəssislərin fikrincə, bütün dünya üzrə istehsal olunan oyun avadanlıqlarının 25%-i saxtadır. Bu, rabitə tipli mobil cihazlar seqmentinə – smartfon, telefon, fablet və planşetlərə də aiddir.

Araşdırmada göstərilir ki, dünya kompüter və elektronika bazarında kontrafakt məhsulların payı ümumilikdə 6,5% təşkil edir. Saxta flaş-kartların, kartrider və yaddaş kartlarının göstəricisi 15%, dinləyici qurğular və audio-video izləmək üçün proqramların göstəricisi 8%, idarəetmə pultlarının isə 6% təşkil edir.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri