30 
Mar
2017
10:46
59
15
1954
Virtual karabakh

“Google” fotoqraflar üçün sosial şəbəkə yaradır

30 Mar, 2017
10:46
1954

“Google” fotoqraflar üçün sosial şəbəkə yaradır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Google” şirkəti fotoqraflar üçün yenidən sosial şəbəkə istifadəyə verir.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, “Google” mütəxəssisləri köhnə ideyalara qayıtmaq və onları yeni üsulla geri qaytarmaq niyyətindədirlər.

Şəkillərlə işləmək üçün nəzərdə tutulan “Google Spaces” xidməti naməlum səbəblərdən populyar ola bilmədi. Ancaq məhz onun əsasında bir fotonun üzərində eyni anda bir neçə istifadəçinin işləyə biləcəyi proqram əlavəsinin istifadəyə verilməsi planlaşdırılır. Proqram sosial şəbəkə adlandırılır, ancaq hələlik müəyyən konsepsiya və ada malik deyil.  

Fotoqraflar üçün gələcəyin sosial şəbəkəsi mövcud “Allo” və “Duo” proqramlarının imkanlarını birləşdirmək niyyətindədir. Şirkətin yeni xidmətinin təqdimatı yaxın zamanlarda, bu ilin may ayında “Google”un tədbirində baş tuta bilər.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri