Apr
2017
09:26
42
16
1302
Virtual karabakh

“NETTY 2017” internet mükafatının keçirilməsi başladı

3 Apr, 2017
09:26
1302

“NETTY 2017” internet mükafatının keçirilməsi başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“NETTY 2017”-in Azərbaycan Milli İnternet Mükafatının keçirilməsi başladı. Müsabiqədə iştirak üçün ərizələrin qəbulu www.netty.az saytında həyata keçirilir.

“NETTY 2017”-in Azərbaycan Milli İnternet Mükafatının keçirilmə şərtlərə müvafiq olaraq, saytların və müsabiqə iştirakçıların qeydiyyatı ilə bağlı ərizələrin qəbulu 2017-ci il 3 aprel tarixdən 15 may tarixədək baş tutacaq.

15 maydan 22 mayadək “NETTY 2017” nominantlarının müəyyən edilməsi üçün Ekspert Şurasının və Virtual münsiflər heyətinin paralel səsverməsi həyata keçirilir.

22 mayda Ekspert Şurasının (Şura hər nominasiya üzrə üç nominant seçir) və Virtual münsiflər heyətinin (münsiflər heyəti iştirakçıların ümumi sayından “Virtual münsiflər heyətinin seçimi” nominasiyasında üç nominant seçir) seçiminə əsaslanaraq, NETTY Akademiyası öz səsverməsinə başlayır. 

Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edir. Göstərilən müddət ərzində, müsabiqədənkənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçirilir. 

“NETTY 2017” nominasiyalarının qalibləri rəsmi olaraq təntənəli mərasimdə elan edilirlər. 
Müsabiqənin əsas mükafatı “NETTY heykəlciyi” - qaliblərə təntənəli surətdə təqdim edilir. Mükafatlandırma mərasimində mükafatın bütün nominantları iştirak edirlər. 

Mərasimin tarixi və yeri barədə məlumat daha sonra təqdim ediləcək.
www.netty.az saytının hər bir ziyarətçisi “Facebook” və ya “Twitter”də öz sosial profilinin məlumatlarından istifadə edərək Virtual münsiflər heyətinin üzvü ola bilər və müsabiqənin nominantlarının seçimində iştirak edə bilər. 

Ekspert Şurası – müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşır. 
NETTY Akademiyası, Azərbaycanın ictimai, dövlət və biznes-strukturlarında çalışan nüfuzlu şəxslərlə təmsil olunur.

Ənənəvi olaraq müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı saytların adları çəkiləcək: 

“Azərbaycan”, “Dövlət saytı”,  “Elm və təhsil”, “Mədəniyyət və incəsənət”, “Cəmiyyət”, “İnformasiya və xəbərlər”, “Servis-sayt”,  “Korporativ sayt”, “Elektron Kommersiya sahəsində ən yaxşı sayt”, “İdman”, “Şəxsi sayt”, “Virtual münsiflər heyətinin seçimi”.

2017-ci ildə “Əyləncə” nominasiyası ləğv edilmişdir və sosial şəbəkələrə istiqamətləndirilmiş iki yeni nominasiya əlavə edilmişdi: “Sosial şəbəkələrdə ilin adamı” və “Sosial şəbəkələrdə ilin şirkəti”.

Müsabiqə çərçivəsində fəxri nominasiyalar üzrə də mükafatlar veriləcək: “İlin proqramı”, “Milli informasiya texnologiyaların inkişafının zənginləşdirilməsi” və “İlin İT-hadisəsi”.

“İlin İT-hadisəsi” nominasiyası üzrə iddiaçıların ərizələrinin təhlili nəticəsində, həmçinin “İlin IT-şirkəti” nominasiyasında nominantlar və qalib müəyyən ediləcək.

NETTY çərçivəsində 2017-ci ildə ilk dəfə “İlin IT-Meneceri” nominasiyası keçiriləcək. Onun vasitəsilə ölkənin İT-departamentlərinin ən yaxşı rəhbərləri (təşkilatın 34 fəaliyyət sahəsindən asılı olmayaraq) müəyyən ediləcək.

Akademiyanın qərarı ilə 2017-ci ildə müsabiqədə iştirak üçün hər ərizə üzrə 10 AZN qeydiyyat haqqı tətbiq edilir. Mükafatın bütün əsas nominasiyaları üçün qeydiyyat haqqı hər ərizə üçün 10 AZN təşkil edir.

Resursların ərizələri ümumi şərtlərlə baxılır. Ödəniş yalnız Təşkilat Komitəsi tərəfindən qeydiyyatın təsdiqindən sonra həyata keçirilir. Cari ildə müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları, Mədəniyyət və Turizm nazirliklərinin hərtərəfli dəstəyi ilə keçirilir. Mükafatın baş partnyoru - “Azercell” şirkətidir.

Müsabiqənin partnyorları aşağıdakılardır: “Baku Tel sərgisi”, “SmartHost.az” və “Renley.az” şirkətləri, “Kassir.az” və “Acqalma.az” layihələridir.

Tədbirə informasiya dəstəyini Infocity.az, telekanal CBC.az, 1news.az, Oxu.Az, Disput.az, Salamnews.org saytları göstərir.

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyalar sahəsində mütərəqqi xadimləri üzə çıxarır. 

2017-ci ildə NETTY Azərbaycan Milli İnternet Mükafatı 13-cü dəfə keçiriləcək.
Partnyorluq məsələləri ilə bağlı sualları [email protected] ünvanına göndərə bilərsiniz.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri