Apr
2017
15:55
345
36
2539
Virtual karabakh

MTRŞ sədri: Azərbaycan əhalisi xarici telekanallara baxmağa üstünlük verir

5 Apr, 2017
15:55
2539

MTRŞ sədri: Azərbaycan əhalisi xarici telekanallara baxmağa üstünlük verir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan telekanallarında reklam olduqca aşağı səviyyədədir”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının sədri Nüşrəvan Məhərrəmli Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildriib ki, buna səbəb əhalinin qonşu ölkələr - Türkiyə və Rusiya kanallarına üstünlük verməsindədir:

“Bunun günahı o ölkələrdə deyil. Sadəcə, insanlarımız həmin ölkələrin dillərini sərbəst bildikləri və o telekanallardakı proqramlar onlara maraqlı gəldiyi üçün baxırlar. Bu baxımdan o ölkələrin telekanallarının reklamları da çox rahat bizim ölkə bazarına yer tapır, rahat reklam olunurlar. Amma bunun da çarəsi var və elə də ciddi problem deyil. Məsələn, kabel televiziyaları həmin ölkələrin kanallarını yayımlayarkən reklamlar zamanı hansısa vasitə ilə o hissəni dayandıra bilərlər. Ümumiyyətlə, yeni qanun layihəsi imkan verəcək ki, biz bunun da həllini tapaq. Təbii ki, ilk növbədə sərt tədbirlərə üstünlük verməyəcəyik”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri