Apr
2017
15:30
67
103
5934
Virtual karabakh

“Azerspace-1” üzərindən dörd populyar kanal yayımlanmağa başladı

6 Apr, 2017
15:30
5934

“Azerspace-1” üzərindən dörd populyar kanal yayımlanmağa başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın dörd populyar kanalı (“İmedi” TV, “GDS” TV, “Pirveli” TV və “Marneuli” TV) “Azerspace-1” peyki üzərindən yayıma başlayıb. 

“Azərkosmos” ASC ilə imzalanan kommersiya müqaviləsinə əsasən, kanallar 2017-ci ilin aprel ayından etibarən 11095/H/30000 tezliyi ilə yayımlanır. 

Bu barədə Oxu.Az-a “Azərkosmos” ASC-dən bildirilib. 

Gürcüstanda, xüsusilə, azərbaycanlıların sıx məskunlaşdığı bölgələrdə kifayət qədər izləyicisi olan bu kanallar vasitəsilə gürcü dilində ictimai, siyasi, iqtisadi, analitik, idman, musiqi, əyləncə və mədəniyyət verilişləri nümayiş edilir.

Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 

2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri