13 
Apr
2017
16:08
60
26
1607
Virtual karabakh

“Facebook Messenger”in qrup çatlarında pulköçürmə mümkün oldu

13 Apr, 2017
16:08
1607

“Facebook Messenger”in qrup çatlarında pulköçürmə mümkün oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook” sosial şəbəkəsi “Messenger”in qrup çatlarında pulköçürmə funksiyasını işə salıb.

Oxu.Az-ın məlumatına görə, Lent.azNewsru.com”a istinadən xəbər verir ki, bu barədə “Facebook”un bloqunda məlumat verilib.

Hazırda yeni funksiya yalnız ABŞ-dan olan istifadəçilər üçün “Messenger”in veb-versiyasında və “Android” əlavəsində işləyir, yaxın vaxtlarda isə “iOS” versiyası da əlçatan olacaq.

Həmsöhbətlərdən pul istəmək üçün istifadəçi ödənişlər menyusuna daxil olmalı və ona pul köçürməli olan qrup istifadəçilərini seçməlidir. Bundan sonra, ödənişin ümumi məbləğini və bir adamın adını yazmalıdır. 

Adı çəkilən istifadəçilər sorğunu aldıqdan sonra kartla pul köçürə biləcəklər. Bu zaman “Facebook” ödənişlərdən komissiya haqqı tutmayacaq.

Qeyd edək ki, “Messenger”in dialoqlarında pulköçürmə sistemi 2015-ci ildən işə salınıb.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri