14 
Apr
2017
10:00
72
39
6213
Virtual karabakh

“Galaxy S8” – Öncədən sifariş

14 Apr, 2017
10:00
6213

“Galaxy S8” – Öncədən sifariş

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin 29 martında “Samsung Electronics” şirkəti gözlənilən flaqmanları “Galaxy S8” və “Galaxy S8+” smartfonlarının təqdimatını keçirdi. 

Rəsmi olaraq flaqman 5 may tarixindən satışa çıxarılacaq, lakin artıq sabahdan başlayaraq “Galaxy S8” və “S8+” smartfonlarını öncədən sifariş edə bilərsiniz. 

Qaydalar sadədir: “Samsung Electronics”in rəsmi tərəfdaşları olan “Baku Electronics”, “İrshad Telecom”, “Kontakt Home” və “Soliton” şəbəkələrinin satış nöqtələrində, smartfonun qiymətindən 50 AZN ödəyirsiniz və bir sıra üstünlüklər əldə edirsiniz.

Birincisi, siz smartfona aprelin 29-dan sahib olacaqsınız (yəni, rəsmi satışdan bir həftə əvvəl). İkincisi, 64 Gb daxili yaddaşa əlavə olaraq 128 Gb həcmində “MicroSD” kartı hədiyyə alacaqsınız. Kampaniya aprelin 28-dək davam edəcək, smartfonların sayı isə məhduddur.

Bu il biz tamamilə fərqli, mobil telefon bazarında yeni bir smartfonun şahidi olacağıq. Dəbli “Galaxy S8” dizaynda yeni bir trendin başlanğıcını simvolizə edir. Çərçivəsiz displeyin dairəvi küncləri, şüşə və metaldan hazırlanmış korpus dizayna tamamlanmış görünüş bəxş edir.

“Galaxy S8” və “Galaxy S8+” göz bəbəyi skaneri (IRIS Scanner) ilə yanaşı, həm də barmaq izi skaneri və üz tanıma kimi təhlükəsizlik üsulları ilə təchiz edilib. Bununla da siz öz məlumatlarınızın təhlükəsizliyinə tam əmin ola bilərsiniz. 

Smartfonun əsas kamerası “Dual Pixel” və “Multi Frame” texnologiyasına malikdir. Bu isə o deməkdir ki, kamera hərəkətdə olan və zəif işıqlanan obyektlərin bir neçə şəkilini çəkir, vahid bir şəkilə birləşdirir, nəticədə şəkillər aydın və parlaq alınır. Həmçinin ön kamera smart avtofokusla təchiz olunub.

“Galaxy S8” və “S8+” həm də yeni, iki xətli, yüksək keyfiyyətli AKG qulaqcıqları ilə təmin edilib.
İstifadə rahatlığına gəldikdə, smartfon su və tozdan İP68 standartı ilə qorunur (30 dəqiqə ərzində, şirin suda, 1,5 m dərinliyində). Bundan əlavə, smartfonlarda dünyada ilk dəfə olaraq 10nm prosessorundan istifadə olunub, bu da smartfonu inanılmaz dərəcədə güclü və sürətli edir.

“Galaxy S8” – yüksək texnologiyaların avanqardında olan şəxslər üçündür. Öncədən sifariş kampaniyası da “Samsung Electronics” tərəfindən məhz belə insanlar üçün keçirilir.

Yeni flaqmanın göstəriciləri ilə aşağıdaki cədvəldə tanış ola bilərsiniz:

 

Galaxy S8

Galaxy S8+

Ölçülər

148.9 x 68.1 x 8.0 mm, 155q

159.5x73.4x8.1 mm,173q

Displey

5.8" Quad HD+ sAMOLED

6.2", Quad HD+ sAMOLED

Каmега

Əsas: Dual Pixel 12 MP OIS {F1.7)

Ön: 8MPAF (F1.7)

Əsas: Dual Pixel 12 MP OIS (F1.7)

Ön: 8MPAF (F1.7)

Prosessor

Exynos8895, 10 nm

Su və tozdan qorunma

IP68 (30 dəqiqə, 1.5 м dərinlik)

Təhlükəsizlik

Göz skaneri (İRİSskaner), üzdəntanıma, barmaq izi skaneri

Yaddaş

RAM : 4GB

Daxili yaddaş:64GB

Xarici yaddaş: MicroSD™ 256GBqədər

Akkumulyator

3,000mAh

3,500mAh

U.A.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri