17 
Apr
2017
12:24
10
43
1178
Virtual karabakh

Bakıda “Açıq İnnovasiyalar üzrə Startap Turu” keçirilir

17 Apr, 2017
12:24
1178

Bakıda “Açıq İnnovasiyalar üzrə Startap Turu” keçirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiya Federasiyasının “Skolkovo” Fondunun təşkilatçılığı ilə Bakıda “Open Innovations Startup Tour” (Açıq İnnovasiyalar üzrə Startap Turu) çərçivəsində ilk dəfə tədbir keçirilir.

Oxu.Az xəbər verir ki, tədbirin əsas məqsədi yüksək texnologiyalar sahəsində perspektivli və innovativ layihələrin həyata keçirilməsinə dəstək verməkdir.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmisi Emin Məmmədov Azərbaycanın belə bir tədbirə ev sahiblik etməyə məmnunluğunu bildirib.

T.Məmmədov tədbirdə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verib. O bildirib ki, nazirliyin tabeliyində İT fond fəaliyyət göstərir:

“Bunun nəticəsində biz ölkədə İT sahəsində start up-ların inkişafına dəstək göstəririk”. 

Daha sonra o qeyd edib ki, nazirlik ölkə gənclərini, startapçılarını yeni elan edilən qrant müsabiqəsində fəal iştirak etməyə dəvət edib: 

“Azərbaycanda İnnovasiyalara Dəstək Dövlət Fondu tərəfindən yeni qrant müsabiqəsi elan edilib. İştirak etmək istəyənlər Fondun saytı vasitəsilə onlayn qeydiyyatdan keçə bilərlər”. 

Layihənin təsisçisi Valeriya Şaxova bildirib ki, bu cür tədbirlər işin gələcək inkişafı və təkmilləşdirilməsi üçün ilham verir: 

“Hazırda klinik tədqiqatlar aparırıq və “Skolkovo” Fondunun rezidenti statusunun alınmasına səylə çalışırıq”.

Azərbaycan NRYTN-nın tabeliyində “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsini icra edən Kənan Bayramov isə “Skolkovo” Fondu ilə keçirilən “Açıq İnnovasiyalar üzrə Startap Turu”nun Rusiyadan olan həmkarları ilə ilk tədbir olduğunu deyib: 

“Bu, tədbirin miqyasını, keyfiyyətini və qarşıya qoyulan böyük məqsədi göstərir”.

Qeyd edək ki, bu tur artıq 4 ildir keçirilir, Rusiya, eləcə də MDB məkanında texnoloji mədəniyyətin populyarlaşdırılması və perspektivli layihələrin müəyyənləşdirilməsi üzrə irimiqyaslı tədbir hesab edilir. Cari ildə bu turun 14 şəhərdə, o cümlədən Bakıda keçirilməsi planlaşdırılıb.

Tədbirdə Rusiyadan “Skolkovo” texnoparkının nümayəndələri, startaplar, biznes qurumlarının təmsilçiləri iştirak edir. Startap turu çərçivəsində qlobal tendensiyalar və beynəlxalq təcrübələr haqqında maarifləndirmə sessiyaları, sahibkarların şəxsi və peşəkar keyfiyyətlərinin inkişafı üçün treninqlər və yerli startaplar üçün müsabiqə keçiriləcək. Müsabiqədə iştirak edəcək layihələr üçün biotibb, informasiya texnologiyaları və sənaye istiqamətləri əsas hesab edilir. Həmçinin, xarici layihələrin Azərbaycan bazarına tanıtımını təmin etmək məqsədilə tədbir çərçivəsində “Demo Günlər”in keçirilməsi planlaşdırılır.  

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri