18 
Apr
2017
15:25
8
104
4757
Virtual karabakh

“Google Play”dən istifadə edənlərə xəbərdarlıq

18 Apr, 2017
15:25
4757

“Google Play”dən istifadə edənlərə xəbərdarlıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni ziyanverici əlavələr tapıldı.

“Google Play” onlayn mağazasında yeni ziyanverici əlavələr aşkar olunub. 

Oxu.Az-ın məlumatına görə, Lent.azvistanews.ru”ya istinadən xəbər verir ki, bu proqramlar “Paxful” və “PayPal” akkauntlarından məlumatların oğurlanması ilə məşğuldur. 

Qarətçilər sosial mühəndislik metodu ilə işləyirlər. Aşkar olunan təhlükəli əlavələr arasında “Boost Views” proqramı da mövcuddur. Tərtibatçılar söz verib ki, onun köməyi ilə istifadəçilər “YouTube” video hostinqində gəlir əldə edə biləcəklər. 

Artıq 100 min insan bu proqramı yükləyib. Yükləmədən sonra proqram istifadəçiyə seçim təqdim edir: öz kanalının baxış sayını artırmaq və ya saytda çarxları izləyib əvəzində pul qazanmaq. 

Müəyyən məbləğ toplanandan sonra proqramda qeydiyyatdan keçmək lazım gəlir. Ancaq istifadəçilərdən pulların alınması baş tutmayıb. Çünki onların məlumatlarını kənar tərtibatçının serveri əldə edib.

Daha bir haker saytı “PaxVendor” olub. Proqram lazımi məlumatı saxta avtorizasiya ekranının köməyi ilə əldə edib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri