18 
Apr
2017
17:40
175
52
2967
Virtual karabakh

Ramin Quluzadə “Regional Rabitə Birliyi”nin iclaslarında iştirak edib

18 Apr, 2017
17:40
2967

Ramin Quluzadə “Regional Rabitə Birliyi”nin iclaslarında iştirak edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

18-19 aprel tarixlərində Belarus Respublikasının Minsk şəhərində Regional Rabitə Birliyinin (RRB) Administrasiya Başçıları Şurasının 52-ci və RRB yanında İnformasiyalaşdırma üzrə Koordinasiya Şurasının 23-cü birgə iclası keçirilib. 

Bu barədə Oxu.Az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib. 

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan, Bolqarıstan və Latviyanın rabitə administrasiyalarının başçıları, həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqının, Ümumdünya Poçt İttifaqının, Regional Rabitə Birliyinin və “İntersputnik” beynəlxalq kosmik rabitə təşkilatının rəhbərləri iştirak ediblər.

İclasda ölkəmizi Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.  

Sahə üzrə 30-a yaxın aktual məsələnin müzakirə olunduğu iclasda RRB-nin gələcək fəaliyyəti ilə bağlı mühüm qərarlar qəbul edilib. 

Nazir Ramin Quluzadə iclasın gündəliyinə dair məsələlərə münasibət bildirib və qeyd edib ki, Regional Rabitə Birliyi səmərəli regional təşkilat nümunəsidir. 

Nazir iclasda müzakirə olunan məsələlərin və qəbul edilən qərarların İKT sektorunun və informasiya cəmiyyətinin davamlı inkişafına, işgüzar əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini bildirib. 

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin birləşdirilərək onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması barədə iclas iştirakçılarına məlumat verən Ramin Quluzadə qeyd edib ki, bundan sonra da Azərbaycan RRB-nin fəaliyyətinin bütün istiqamətləri üzrə uğurlu əməkdaşlığı davam etdirəcək. 

Tədbir çərçivəsində nazir RRB-nin üzvü olan bir neçə ölkənin rabitə administrasiyalarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.  

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri