19 
Apr
2017
00:51
36
115
8858
Virtual karabakh

Tarixin ən bahalı smartfonları – FOTO

19 Apr, 2017
00:51
8858

Tarixin ən bahalı smartfonları – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qiyməti bir milyon dollardan baha olan beş smartfonun adı açıqlanıb.

Oxu.Az-ın bizplus.az-a istinadən xəbərinə görə, liderlər siyahısının qiyməti təxminən səkkiz milyon dollar təşkil edir.

1. Ən bahalı smartfonun sahibi Avstraliyada futbol klubunun sahibi Toni Seycdir. 2010-cu ildə o, “iPhone 4” smartfonu üçün qızıl korpus və almazlardan ibarət çexol sifariş vermək qərarına gəlib. Yalnız “Apple” loqosuna 50 daş-qaş sərf edilib. Hazırda isə maqnat 8 milyon dollara başa gələn cihazdan istifadə etmir və onu ailə yadigarı kimi xüsusi muzeydə saxlayır.

2. Reytinqin ikinci yerində qızılla bəzədilmiş və zərgər Stüart Hyuzun sifarişi ilə hazırlanmış “iPhone 3GS” gəlir. Onun dəyəri təxminən 3 milyon dollar təşkil edib.

3. Üçüncü yerdə dizayner Peter Alloiksonun 2,5 milyon dollara “Kings Button” telefonu üçün etdiyi bəzək durur. Onun korpusunda 120 brilyant mövcuddur.

4. Dördüncü yer Rusiya istehsalçısı “Ancort” şirkəti və onun istehsal etdiyi “Diamond Crypto Smartphone” modelinə verilib.

5. Beşinci yerdə “GoldVish Le Million” cihazı qərarlaşıb. Onun qiyməti təxminən 1,2 milyon dollar təşkil edir. Hazırda bu modelin yalnız 3 nüsxə işləyən smartfonu mövcuddur.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri