19 
Apr
2017
14:08
82
14
2518
Virtual karabakh

“Apple” bəzi proqramları ödənişsiz etdi

“Apple” “macOS” və “iOS” üçün səsin dəyişdirilməsinə görə “iWork” və “iLife” paketlərinin proqramlarını yeniləyib, eyni zamanda bu proqramlar bütün istifadəçilər üçün ödənişsiz olub.  

Oxu.Az xəbər verir ki, bu barədə “MacRumors” nəşri məlumat yayıb. 

“iWork” paketinə “Pages” mətn redaktoru, “Numbers” cədvəllər redaktoru və təqdimatlar hazırlamaq üçün “Keynote” proqramı daxildir. Bütün bu proqramlar daha öncə 19,99 dollar idi. 

“iLife” paketinə isə “GarageBand” musiqi redaktoru (əvvəl 4,99 dollar idi) və “iMovie” video-redaktoru (əvvəlki qiyməti 19,99 dollar) daxildir. 

Daha öncə bu proqramlar hamı üçün yox, yalnız yeni “Apple” qurğuları alanlar üçün ödənişsiz təqdim edilirdi. Bu şərt 2013-cü ildən tətbiq edilir. 

Proqramları “Pages” (macOS, iOS), “Numbers” (macOS, iOS), “Keynote” (macOS, iOS), “GarageBand” (macOS, iOS), “iMovie” (macOS, iOS) keçidlərindən yükləmək olar. 

N.О.
www.oxu.az

Digər İKT xəbərləri