20 
Apr
2017
14:54
76
27
2656
Virtual karabakh

“Facebook” yeni nəsil kamerasını təqdim etdi

20 Apr, 2017
14:54
2656

“Facebook” yeni nəsil kamerasını təqdim etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın “Facebook” korporasiyası rəsmi olaraq özünün 360 dərəcəli “Surround 360” ikinci nəsil kameralarının istifadəyə verildiyini bəyan edib.

Oxu.Az-ın İKT.lent.az-a istinadən verdiyi məlumata görə, təqdimat F8 konfransının gedişində baş tutub. Bildirilir ki, yenilik kütləvi satış üçün nəzərdə tutulub.  

Məlum olub ki, alıcılar üçün cihazın iki versiyası - 6 və 24 kameralı cihazlar əlçatan olacaq.

Cihazlar 8K genişlənməsi olan videolar çəkməyə icazə verəcək. Sonradan çəkilmiş videolara əlavələr edib onları tam olaraq VR fəzaya çevirmək mümkün olacaq. Həmçinin digər redaktorların köməyi ilə videolara redaktə etmək imkanları da olacaq. 

Qeyd edək ki, “Surround 360” satışlarına 2017-ci ilin sonunda start veriləcək.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri