20 
Apr
2017
18:50
24
130
5360
Virtual karabakh

Azərbaycanda kabel televiziyaları ilə bağlı yenilik tətbiq olunacaq

20 Apr, 2017
18:50
5360

Azərbaycanda kabel televiziyaları ilə bağlı yenilik tətbiq olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kabel şəbəkəsi yayımçıları üçün bəzi proqramların yayımı məcburiləşdirilir.

Azərbaycanda kabel şəbəkəsi yayımçısı dövlət ehtiyacları məqsədi ilə icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən teleradio yayımı üçün lisenziya verilmiş yayımçıların proqramlarını ödənişsiz yayımlamağa borcludur.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu, yeni hazırlanan “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsində qeyd olunub ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan abonentin yaşayış və qeyri-yaşayış sahələrində kabel şəbəkəsinə teleradio proqramlarında monitorinq məqsədilə hər hansı müdaxilə qadağandır.

Qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Z.Q

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri