21 
Apr
2017
10:00
42
44
3274
Virtual karabakh

“Galaxy S8” almaq üçün 5 səbəb

“Galaxy S8” və “S8+” smartfonlarının Azərbaycan ərazisində rəsmi satışın başlanmasına bir neçə gün qalıb. Öncədən sifariş kampaniyası davam edir, flaqmanlara maraq olduqca yüksəkdir. Səbəb yeni smartfonların çərçivəsiz displeyi və mükəmməl dizaynıdır. Yeni flaqman olduqca maraqlı alınıb, aşağıda göstərilən beş səbəb isə “Galaxy S8”-in hazırda ən yaxşı smartfon olmasını izah edir.

1) Sərhədsiz displey.

Yeni texnologiya ilə displey çərçivələrdən tamamilə azad olunub. Film və videoları izləyərkən və ya oyun oynayarkən, siz özünüzü qıraqdan izləyici kimi deyil, birbaşa iştirakçı kimi hiss edəcəksiniz. Yeni 18.5:9 nisbəti və “SuperAMOLED” displey, parlaq və canlı rəngləri olduğu kimi çatdıracaq.

2) Dizayn.

Simmetrik, dairəvi künclər və şüşə ilə örtülmüş, metaldan hazırlanmış korpus. Flaqman, premium sözünün canlı görünüşüdür. Displeyin ölçülərinin artmasına baxmayaraq (5.8` - Galaxy S8, 6.2` - Galaxy S8+), smartfonlar rahatlıqla bir əlinizdə yerləşir. Səbəb – displeyin, korpusun ön hissəsinin 83,6% təşkil etməsidir.

3) Təhlükəsizlik.

Ən əsas məqam - göz skaneridir. On səkkiz aya qədər formalaşan gözün unikal rəsmi, ömrün sonuna qədər dəyişilməz olaraq qalır. Hər bir insanın gözünün rəsmi o qədər unikaldır ki, hətta əkizlərdə belə fərqlənir. Həmçinin “Galaxy S8” və “S8+” Üzdən tanıma və Barmaq izi skaneri kimi təhlükəsizlik vasitələri ilə təchiz olunub.

4) Kamera.

12 meqapiksellik əsas kamera, “Dual Pixel” və “Multi-Frame” texnologiyalarına malikdir. “Multi-Frame” texnologiyası, ard-arda bir neçə kadr çəkib onları vahid bir şəkildə toplayır, nəticədə, hətta zəif işıqlı şəraitdə və ya obyekt hərəkətdə olanda şəkilin parlaq və aydın olmasını təmin edir.

“Galaxy” smartfonlarında ilk dəfə olaraq, ön kamera smart-avtofokusa malikdir, üz tanıma funksiyası ilə birlikdə siz və sizin dostlarınızın mükəmməl selfiləri alınacaq. Kameranın tətbiqində filtr, stiker və effektlər tapacaqsınız, bu, o deməkdir ki, artıq əlavə tətbiqlər yükləməyə ehtiyac qalmayacaq.

5) İstifadə rahatlığı.

Yuxarıda göstərilənlərdən əlavə, smartfon rahat istifadə üçün bütün lazımlı funksiyalar ilə təchiz olunub. “Galaxy S8” və “S8+” “IP68” sertifikasiyasından keçib (30 dəqiqə ərzində, 1,5 m suyun dərinliyində qala bilər və tozdan qorunub).

Dünyada ilk dəfə olaraq, smartfonda 10 nm prosessordan istifadə olunub. 8 nüvəli “Exynos8895”, ötən nəslə nisbətən 10% daha sürətlidir və akkumulyatorun enerjisindən 20% daha az istifadə edir.

Smartfonlarla birlikdə yüksək keyfiyyətli, ikixəttli AKG qulaqcıqları da təqdim olunacaq. 32 bit səsə malik olan “Galaxy S8” və “S8+” “Hi-Fi” audio-pleyerlərə xas olan zəngin səs ilə musiqi sevərlər üçün əla bir tapıntı olacaq. Operativ yaddaş 4 Gb, daxili yaddaş isə 64 Gb təşkil edir. Həmçinin 256 Gb qədər “MicroSD” kartla, yaddaşı artırma imkanı var.

Yeni flaqmanı almaq üçün əsas səbəbləri oxudunuz, lakin siz bu smartfonu yalnız işlədəndən sonra, onun nə qədər innovativ olduğunu başa düşəcəksiniz. Nəzərinizə çatdıraq ki, öncədən sifariş edərək siz bu smatfonun ilk sahiblərindən ola və hədiyyə olaraq 128 Gb “MicroSD” kart qazana bilərsiniz. 

U.A.
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər İKT xəbərləri