21 
Apr
2017
12:12
79
36
2545
Virtual karabakh

İlon Mask: İnsan beynini dörd il ərzində kompüter ilə əlaqələndirmək mümkün olacaq

21 Apr, 2017
12:12
2545

İlon Mask: İnsan beynini dörd il ərzində kompüter ilə əlaqələndirmək mümkün olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlon Mask “Neuralink Corp” şirkətinin növbəti iddialı layihəsindən danışıb: şirkət insan beyninə bir mikron ölçüsündə çipləri yerləşdirən texnologiyanı təqdim etməyə hazırlaşır. Bu texnologiyanın yardımı ilə insan beynini kompüter ilə əlaqələndirmək mümkün olacaq. 

Oxu.Az bu barədə “Reutersə” istinadən xəbər verir.   

İlon Maskın sözlərinə görə, birinci mərhələdə “Neuralink Corp” beyin travması, insult və xərçəng xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım etmək üçün bazara yeni texnologiyanı çıxarmağı planlaşdırır. Buna təxminən dörd il sonra nail olmaq mümkündür, İ.Mask bu barədə “Wait But Why” nəşrinə danışıb. 

Sağlam insanın beynini kompüter ilə əlaqələndirən texnologiyanın tətbiqi İlon Maskın fikrincə, səkkiz ildən on ilə qədər çəkə bilər. 

“Konsepsiyadan danışarkən, bu, telepatiyadır. Beləliklə də insanlar da bir-biri ilə bağlı ola bilərlər”, - İlon Mask bildirib. 

İnsanların kiborqlara çevrilməsinə dair ilk dəfə İlon Mask bu ilin fevralında Dubayda “World Government Summit” sammitində bildirib. 

“Neuralink” şirkəti Kaliforniyada, tibbi tədqiqatlar ilə məşğul olan şirkət kimi qeydiyyatdan keçirilib. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri