25 
Apr
2017
18:50
6
78
2124
Virtual karabakh

“NETTY 2017”: “İlin IT-hadisəsi” nominasiyasının birinci iştirakçıları

25 Apr, 2017
18:50
2124

“NETTY 2017”: “İlin IT-hadisəsi” nominasiyasının birinci iştirakçıları

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ənənəvi olaraq “NETTY 2017” milli internet mükafatında “İlin IT-hadisəsi” nominasiyasında iştirak edəcək layihələrlə oxucuları tanış etməyə başlayırıq. Bu mükafat 2009-cu ildən başlayaraq yüksək texnologiyaların Azərbaycan bazarının əsas nailiyyətlərini qeyd edir və “NETTY” mükafatı çərçivəsində təqdim edilir.

Oxu.Az xəbər verir ki, son illər bu nominasiyada iştirak edən iddiaçılar “Infocity” jurnalı ilə birgə müəyyən edilir.

Azexport.az şirkəti: Azərbaycan mənşəli mallarının xarici və daxili bazarlarda satışı üçün layihə platformasının reallaşdırılması

Layihə Azərbaycan şirkətlərinə öz məhsullarını, həm Azərbaycan daxilində, həm də xaricdə satmaq imkanı yaradır. Portalın yeniliyi ondan ibarətdir ki, onun başqa tanınmış beynəlxalq portallarla (portalda təqdim edilmiş mallar) inteqrasiyasının hesabına daha geniş auditoriyaya ani giriş imkanı istifadəçiyə verilir. Portala həmçinin elektron ticarətin sərbəst aparılması üçün bütün lazımi vasitələr inteqrasiya edilib. Bundan başqa portal Azərbaycan şirkətləri üçün rahat B2B informasiya bazasıdır.  

“Microsoft Azerbaijan” şirkəti: Azərbaycan üzrə “Microsoft” korporasiyasının milli planı

Azərbaycan üzrə “Microsoft”un milli planı, “Azərbaycan 2020: gələcəyə baxış” Konsepsiyasına uyğun olaraq hazırlanıb, “Bakutel - 2016” sərgisində təqdim edilib. “Microsoft”un milli planının əsas komponentləri ölkədə innovasiya sektorunun inkişafını, müəssisələrinın iqtisadi effektivliyinin artımı və təhsil sisteminin transformasiyasını özündə ehtiva edir.

IBM şirkəti: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə strateji əməkdaşlıq haqqında memorandumun imzalanması

SOCAR və IBM şirkətinin arasında strateji əməkdaşlıq haqqında memorandum, IBM-in qlobal innovasiyalarının istifadəsini nəzərdə tutur. Rəqəmli innovasiyalara və transformasiyalara investisiya, neft çıxartma sahəsində “Watson” süni intellekt əsasında əməkdaşlıq, yüksək ixtisaslı işçi heyət üçün yeni iş yerlərinin açılması, elmi araşdırmaların aparılması, Bakı Ali Neft Məktəbində tədris və praktik proqramların təşkili.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və “Huawei” şirkəti: Bakının bir sıra ictimai yerlərində pulsuz Wi-Fi xidməti

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi 2017-ci ilin mart ayında Bakının bir sıra ictimai yerlərində pulsuz “Wi-Fi” xidmətini təqdim etdi. Dənizkənarı Milli Park və Dövlət Bayrağı Meydanının ərazisində operator tərəfindən 122 simsiz “Wi-Fi” giriş nöqtəsi qurulub. Bu, eyni zamanda təxminən 8000 istifadəçiyə xidmət göstərməyə imkan verir. “Huawei” şirkəti bu ərazilərdə telekommunikasiya avadanlığının təchizatçısı kimi çıxış edir. Yaxın vaxtlarda ictimai “Wi-Fi” şəbəkəsinin Heydər Əliyev Mərkəzinin və “Ağ şəhər”in ərazisində genişləndirilməsi planlaşdırılır.

“Azərpoçt” MMC: Yeni vətəndaşlara xidmət mərkəzi “Şəbəkə”

Azərbaycanın poçt rabitəsinin operatoru “Azərpoçt” MMC Bakıda, Mərkəzi poçt şöbəsinin binasında “Bir pəncərə” prinsipi əsasında işləyən “Şəbəkə” adlı yeni vətəndaşlara xidmət mərkəzini açdı. Vətəndaşlar poçt və maliyyə əməliyyatları ilə bağlı məsələlər, o cümlədən stasionar telefoniyaya qoşulması ilə, telefon nömrəsinin yenidən rəsmiləşdirilməsi ilə, aviabiletlərin alınması ilə və başqa xidmətlərlə bağlı mərkəzə müraciət edə bilərlər. MMC Bakıda beş “Şəbəkə” tipli mərkəzinin istismara verilməsi  planlaşdırır. 

AzInTelecom MMC:

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Regional Data və Beynəlxalq Kommutasiya Mərkəzinin istismara verilməsi

Müasir dünya standartlarına cavab verən yeni Data mərkəz TIER III-in beynəlxalq sertifikatına layiq görülmüşdür. Qorunan obyekt statusuna malik olan Data-mərkəz dövlət və regional səviyyəsində kompleks IT-xidmətləri, ən yeni texniki göstəricilərə malik olan baza əsasında müştərilərə individual həllər təklif edir. Məlumat mərkəzinin çoxsaylı üstünlüklərinə aiddir: fasiləsiz iş rejimində informasiyanın təhlükəsizliyinə nəzarətinin tam təminatı, şirkətlərin konkret tələblərinə cavab verən və zəruri olduqda infrastrukturun, həmçinin optimallaşdırılmış şəbəkələrin  əldə olunmasında imkan verən ayrılmış virtual serverlərin yaradılması.

Data mərkəz, həmçinin beynəlxalq trafik və sertifikatlaşdırma ilə bağlı buludlu IT- həlləri və başqa xidmətləri təklif edir. Yeni Data mərkəz bizim respublikamızda informasiya-kommunikasiya texnologiyalar sahəsinin inkişafını sürətləndirəcək, həmçinin qlobal informasiya məkanına ölkənin informasiya sistemlərinin inteqrasiyasını, innovasiyalar üçün şərait yaradacaq, o cümlədən dövlət və özəl sektorlarda zəmanəmizin ən müasir texnologiyası hesab olunan bulud texnologiyalarının tətbiqinə təkan verəcək.

“STEP IT Academy Azerbaijan”: Bakıda Kompüter Akademiyasının açılışı

STEP IT Academy – bu, kompüter təhsilində ixtisaslaşan beynəlxalq təhsil müəssisəsidir,  onun filialı Bakıda keçən il fəaliyyətə başlayıb. Fəaliyyətinin bir neçə ayı ərzində Akademiya 650-dən artıq tələbəyə peşəkar kompüter təhsilini verir. Akademiya ölkənin IT-infrastrukturunda əsl rəqabət və canlanma yaratdı və onun tərəfindən həyata keçirilən Beynəlxalq “Qızıl Bayt” çempionatın regional mərhələsində qələbə qazanmış Akademiyanın şagirdləri, daha sonda 2017-ci ilin aprelində Kiyevdə keçirilmiş final tədbirdə mükafat yerləri tutdular.

“Eurodeign şirkəti”: IV İslam Həmrəyliyi Oyunlarının İT-infrastrukturunun yaradılması üzrə layihə

Azərbaycanda 2017-ci ilin mayın 12-dən mayın 22-dək keçiriləcək, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində “Eurodeign” şirkəti yarışların ən yüksək səviyyədə keçirilməsinin təmin edilməsi üçün effektiv, etibarlı və təhlükəsiz rəqəmsal mühitini yaratmağı bacardı. Baku 2015 Birinci Avropa oyunlarının IT-infrastrukturunun yaradılması üzrə layihənin reallaşdırmasında böyük təcrübəni əldə etmiş “Eurodeign” şirkəti idman meydançalarını və call-mərkəzlərini təhlükəsizliyin son standartlarına əsasən qorunan simsiz şəbəkə ilə təchiz etdi, həmçinin daxili istifadə üçün 20-dən çox mobil proqram yaratdı. Bundan başqa IV İslam Həmrəyliyi Oyunlarının rəsmi saytını yaratdı.

“NETTY 2017”-də iştirak etmək üçün ərizələrin qəbulu davam edir. Nominasiyada yalnız o layihələr və proqramlar iştirak edə bilər ki, onların reallaşdırılması 2016-cı ilin əvvəlindən 2017-ci ilin may ayınadək başlanmış və ya başa çatmışdır. Ərizələr layihə və ya proqramlarının həm sifarişçiləri, həm də icraçıları tərəfindən (qarşılıqlı razılaşma əsasında yalnız bir şəxs adından) verilə bilər. “NETTY 2017” çərçivəsində “İlin IT-hadisəsi” mükafatının nominantları haqqında bütün informasiya www.infocity.az, www.netty.azwww.itaward.az saytlarında, həmçinin nominantların şort-listinin elan edilənədək və “NETTY 2017”-nin final mərasiminin keçirilməsinə qədər sosial şəbəkələrdə daim dərc ediləcək.  

Müsabiqənin tələblərinə uyğun olan şirkətlər [email protected] və ya [email protected] elektron ünvanlarına öz proqramları haqqında daha ətraflı məlumatı göndərə və ya mükafatın saytında müvafiq formanı doldura bilərlər. Təqdim edilən informasiyanın ümumi həcmi standart şriftlə doldurulmuş bir informasiya səhifəsini keçməməlidir. Xatırladırıq ki, ərizələrin qəbulu 30 apreldə başa çatır.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri