28 
Apr
2017
10:00
85
39
4566
Virtual karabakh

Sədləri aş. Çərçivələrdən çıx. Yeni “Samsung S8” və “S8+” ilə sərhədsiz azadlığı hiss et.

28 Apr, 2017
10:00
4566

Sədləri aş. Çərçivələrdən çıx. Yeni “Samsung S8” və “S8+” ilə sərhədsiz azadlığı hiss et.

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Günümüzdə hər məhsul xəttinin “tanınan” dizaynı var və çox nadir hallarda smartfon bizi təəccübləndirə bilər. Lakin yeni “Samsung Galaxy S8S8+” mobil cihazlar bazarında tamamilə yeni söz və yeni trenddir.

Məsələ bundadır ki, korporasiya hazırda bazarda təqdim olunmuş smartfonlarla heç bir oxşarlığı olmayan, tamamilə yeni dizaynlı cihaz istehsal etmişdir. “Galaxy S8S8+ “sərhədsiz displeyi” ilə “Samsung” bizim üfüqlərimizi genişləndirir.

İlk dəfədir ki, smartfon displeyində təsvir və şəkillərin bütün dolğunluğunu çərçivəsiz və sərhədsiz, tam hiss edə biləcəyik.

Smartfonların displeyi, korpusun ön hissəsinin, demək olar ki, 84% -ni təşkil edir.

Qövsvarı, yan tərəfləri səliqə ilə haşiyəyə alan “Infinity Display, alüminium çərçivə sayəsində, axarı, demək olar ki, “tikişsiz” arxa panelə keçir. Galaxy S8+” dioqanalı 6.2, “Galaxy S8” isə 5.8, hər iki smartfonun ekran icazəsi 2960x1440 pikseldir. “Galaxy S8 və “S8+” korpusunda mexaniki “Home” düyməsi ləğv olunmuşdur, səbəb isə displeyin korpus boyunca uzanmasıdır.

Ənənəvi “Back”, “Home” və “Menu” düymələri indi virtualdır və ekran üzərində yerləşdirilib, Sensorlu “Home” düyməsi isə hətta toxunuşda vibrasiya cavabı ilə də təchiz olunub. Qeyd edək ki, ekranın yuxarısında kompakt olaraq 8 meqapiksellik ön kamera, dinamik, göz skanerləri, işıqlanma və yaxınlaşma detektorları yerləşdirilib.

Bu smartfonlarda barmaq izi skaneri də mövcuddur. Bu skaner korpusun arxa tərəfində 12 meqapiksellik əsas kameranın yanında yerləşir. İndi sizin məlumatlarınız üçqat qoruma altındadır! “Nəhəng” displeyə baxmayaraq, smartfonun eni cəmi 8 mm-dir, erqonomikası sayəsində isə istifadəsi çox rahatdır.

Cihazların “incəliyi” sizi yanıltmasın, belə ki, smartfonlar Exynos8895 prosessoru ilə, 4 Qb RAM-la və 64 Qb daxili yaddaşla təchiz olunub. Əlavə olaraq, 256 Qb-ta qədər artırıla bilən yaddaş slotu da nəzərdə tutulub.

Bu gün (28 aprel), öncədən sifariş üçün müraciətlərin axırıncı günüdür. Öncədən sifariş etməklə, siz unikal təklifdən yararlanmış olursunuz. Bu o deməkdir ki, siz smartfonunuzu rəsmi satış tarixindən bir həftə əvvəl yəni aprel ayının 29-da əldə etməklə bərabər, həmçinin, 128 Qb MicroSD kartını hədiyyə olaraq qazanmış olursunuz. Qeyd edək ki, rəsmi satış may ayının 5-dən həyata keçiriləcək.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri