May
2017
10:11
8
35
2159
Virtual karabakh

“NETTY 2017”-də qeydiyyat davam edir

1 May, 2017
10:11
2159

“NETTY 2017”-də qeydiyyat davam edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“NETTY 2017” Azərbaycan Milli İnternet Mükafatında iştirak üçün www.netty.az saytında ərizələrin qeydiyyatı davam edir. 100-dən çox sayt, layihə və proqram artıq müsabiqədə iştirak edir. 

“NETTY”-nin Təşkilat Komitəsinin sədri Ruslan Novruzovun sözlərinə görə, ənənəvi olaraq müsabiqənin iştirakçıları arasında həm tanınmış, həm də ilk dəfə təqdim edilən layihələr var.

Mükafat ölkədə informasiya texnologiyaları bazarı tərəfindən təklif edilən xidmətlərin və həllərin bütün spektrini əhatə edir və qiymətləndirir; saytlardan tutmuş infrastruktur layihələrə qədər. “NETTY” nailiyyətləri və sahənin trendlərini nümayiş etmək üçün tanınmış platformadır.

Müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə ən yaxşı saytlar elan olunacaq:

“Azərbaycan”, “Dövlət saytı”, “Təhsil və elm”, “Mədəniyyət və incəsənət”, “Cəmiyyət”, “İnformasiya və xəbərlər”, “Servis-sayt”, “Korporativ sayt”, “Elektron ticarət sahəsində ən yaxşı layihə”, “İdman”, “Şəxsi sayt”, “Virtual münsiflər heyətinin seçimi”.

“NETTY 2017”-də “Facebook”un ən yaxşı şəxsi səhifəsi” və “Facebook”un ən yaxşı korporativ səhifəsi” yeni nominasiyalarda ərizələri qəbul olunur.

Əvvəlki kimi, müsabiqə çərçivəsində “Android”, “iOS”, “Windows” əməliyyat sistemlərində yaradılmış ən yaxşı Azərbaycan proqramları müəyyən olunur. Ənənəvi Azərbaycan bazarının əsas nailiyyətləri və yüksək texnologiyaların layihələri “İlin IT-hadisəsi” nominasiyasında elan olunacaq.

Virtual münsiflər heyətində iştirak etmək və ya yuxarıda göstərilən nominasiyalar üzrə ərizənin verilməsi üçün www.netty.az saytında qeydiyyatdan keçmək lazımdır. Xatırladırıq ki, müsabiqədə qeydiyyat 15 may 2017-ci ilə tarixədək mümkündür.

15 maydan 22 mayadək “NETTY 2017” nominantlarının müəyyən olunması üçün Ekspert Şurasının və Virtual münsiflər heyətinin səsverməsi keçəcək. 22 mayda seçilmiş nominantlara əsaslanaraq, nominasiyaların hər birində mükafatın tək qalibini müəyyən edən NETTY Akademiyası öz səsverməsinə başlayır. Göstərilən dövr çərçivəsində, həmçinin müsabiqədənkənar həvəsləndirici nominasiyalar üzrə səsvermə keçirilir.

“NETTY 2017”-nin qalibləri rəsmi olaraq təntənəli mərasimdə elan edilirlər. Müsabiqənin əsas mükafatı “NETTY heykəlciyi” - qaliblərə təntənəli surətdə təqdim edilir. Mükafatlandırma mərasimində mükafatın bütün nominantları iştirak edirlər. Mərasimin keçirilmə tarixi və yeri haqqında əlavə olaraq məlumat veriləcək.

Bu il, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm nazirliklərinin rəsmi dəstəyi ilə keçirilir. 

Mükafatın baş partnyoru “Azercell” şirkətidir. Mükafatın partnyorları: “BakuTel” sərgisi, “SmartHost.az” şirkəti, “Renley.az” internet agentliyi, “Kassir.az” layihəsi. Hüquqi dəstək “dejure.az” layihəsi tərəfindən göstərilir.

Elektron ticarət sahəsində ən yaxşı sayt nominasiyanın partnyoru “Acqalma.az” layihəsidir.
Tədbirə İnformasiya dəstəyini Infocity.az, CBC telekanalı, 1news.az, Oxu.Az, Disput.az, Salamnews.org, GameZone Baku, Autoradio.az saytları göstərir.

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində  Azərbaycanın birinci peşəkar mükafatıdır. 

“NETTY” mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyalar sahəsində mütərəqqi xadimləri üzə çıxarır. 

2017-ci ildə NETTY Azərbaycanın Milli İnternet Mükafatı 13-cü dəfəyə keçirilir. Partnyorluq məsələləri ilə bağlı sualları [email protected] ünvanına göndərə bilərsiniz.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri