May
2017
18:49
130
18
1620
Virtual karabakh

Apple gəlirin artmasına baxmayaraq iPhone satışının azaldığını bildirib

3 May, 2017
18:49
1620

Apple gəlirin artmasına baxmayaraq iPhone satışının azaldığını bildirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ilin ikinci maliyyə rübündə, ötən ilin analoji dövrü ilə müqayisədə iPhone satışının sayı 1,1% azalıb, amma əldə edilən gəlir artıb. 

Oxu.Az Gazet.ru-ya istinadən xəbər verir ki, bu barədə Apple şirkətinin hesabatında deyilir. 

Şirkətin ümumi gəliri bu dövr üçün 52,9 milyard dollardan ibarət olub. Keçən ilin analoji dövrü üçün şirkət 50,6 milyard dollardan ibarət idi. 

Aprelin 1-də başa çatan ikinci maliyyə rübü üçün şirkət 50,8 milyon smartfon satıb. Bir il öncə həmin dövrdə 51,2 milyon qurğu satılıb. 

Buna baxmayaraq şirkətin qurğuların satışından əldə etdiyi gəliri 1% artaraq 33,3 milyard olub, keçən il bu göstərici 32,9 milyard dollardan ibarət olub. 

Daha öncə KİV Apple şirkətinin smartfonun on illiyi münasibəti ilə iPhone-da ciddi dəyişikliklərin olacağı barədə məlumat yaymışdı. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri