May
2017
14:45
77
13
2982
Virtual karabakh

“Microsoft” yeni noutbuku təqdim etdi – VİDEO

3 May, 2017
14:45
2982

“Microsoft” yeni noutbuku təqdim etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Microsoft” şirkəti “Windows 10 S” əməliyyat sistemi ilə işləyən “Sufrace Laptop” noutbukunu təqdim edib.

Oxu.Az xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb. 

Yeni noutbuku 2256x1504 ölçüsü olan 13,5 düyümlük ekrana sahibdir və “Corning Gorilla Glass” şüşəsi ilə mühafizə edilir. 

Qurğunun korpusu metaldır, klaviatura alkantradan hazırlanıb. 

Digər xarakterik cəhətlərə gəldikdə isə leptopun “Intel Core i5” və ya i7 prosessoru, 4,6 və ya 16 GQ əməliyyat yaddaşı və 128-dən 512 GB qədər əlavə yaddaşı olması məlumdur.

İstehsalçıların sözlərinə görə, noutbuk 14,5 saat müstəqil işləmə qabiliyyətinə malikdir. Noutbuk 15 iyundan satışa çıxarılacaq. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri