May
2017
23:19
125
21
2404
Virtual karabakh

Zukerberq Facebook-da qətllərin yayımı ilə mübarizə planından danışdı

4 May, 2017
23:19
2404

Zukerberq Facebook-da qətllərin yayımı ilə mübarizə planından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook”un qurucusu Mark Zukerberq  bəyan edib ki, “Facebook Live”də paylaşılan şiddət görüntülərinin qarşısını almaq üçün 3000 yeni işçi götürəcək.

Oxu.Az xəbər verir ki, bu barədə o, öz hesabında yazıb. 

Zukerberq son həftələrdə sosial şəbəkə vasitəsi ilə paylaşılan görüntülərdə və aparılan canlı yayımlarda insanların özlərinə və ya başqalarına zərər verməsinin narahatlıq verici olduğunu vurğulayıb.

O, sözügedən görüntülərin aşkarlanması və qarşısının alınması üçün 4500 nəfər artıq çalışır. 

Həmçinin onun sözlərinə görə, Facebook-da arzuolunmaz xəbərlərə dair şikayət mexanizminin sadələşdiriləcəyi də bildirilir. 

Xatırladaq ki, təxminən iki həftə əvvəl ABŞ-ın Klivlend şəhərindəki Stiven Stefens yol kənarında gedən 74 yaşlı Robert Godvini silahla vuraraq öldürüb. O, cinayəti “Facebook”un canlı yayım xidmətindən istifadə edərək paylaşıb.

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri