May
2017
14:58
12
91
2161
Virtual karabakh

“Google” “Gmail”də virusun yayılması barədə xəbərdarlıq edib

4 May, 2017
14:58
2161

“Google” “Gmail”də virusun yayılması barədə xəbərdarlıq edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Google” şirkəti dünya üzrə bütün istifadəçilərinə “Gmail”də “Google Docs” adı ilə yayılan fişinq məktubları barədə xəbərdarlıq edib. 

Fişinq istifadəçilərin gizli məlumatlarını əldə etmək üçün istifadə olunan internet fırıldaqçılığı üsullarından biridir.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, “Google” bu barədə özünün “Twitter” səhifəsində məlumat verib. 

“Biz “Google Docs” şəklində ortaya çıxan fişinq mesajlarını araşdırırıq. Hər kəsə tövsiyə edirik ki, bu məktublara klik etməsinlər və onların fişinq olduğu barədə şirkətə məlumat versinlər”, - deyə xəbərdarlıqda bildirilir.

“The Verge” saytı qeyd edir ki, bəd niyyətli insanlar məktubları, ilk növbədə, tanıdıqları adamlara göndərirlər. Sonra göndərilmiş istinad üzrə keçid zamanı proqram (guya ki, “Google Docs”) istifadəçinin məktublarına və adres kitabçasına çıxış istəyir. 

Bu baş verdikdə viruslu proqramı göndərənlər istifadəçinin gizli məlumatlarını əldə edir. Virusun əsas xüsusiyyəti odur ki, “Gmail” daxilində hərəkət edir və istifadəçiləri başqa səhifələrə yönləndirmir.

“Google” istifadəçiləri fişinq istinadlarından qorumaq üçün tədbirlər gördüyünü açıqlayıb. Şirkət virusu yayanların səhifələrini silib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri