12 
May
2017
10:13
35
91
1341
Virtual karabakh

IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb – FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən 12-22 may tarixlərində Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş poçt markaları nəşr olunub. 

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, 4 idman növünü özündə əks etdirən poçt markaları artıq dövriyyəyə buraxılıb. 

Qeyd edək ki, markaların üzərində tennis, gimnastika, boks və futbol idman növləri əks olunub. 

“Belarusskiy dom peçati”də nəşr olunan markaların tirajı 10000, ölçüləri isə 40x28 mm təşkil edir. 

Poçt markalarının nominal dəyəri 0,5 AZN-dir.

Məlumat üçün bildirək ki, IV İslam Həmrəyliyi Oyunlarında 21 idman növü üzrə 54 dövlətin 3000-dən çox idmançısının mübarizə aparacağı nəzərdə tutulub.

U.A.
www.oxu.az

Digər İKT xəbərləri