12 
May
2017
11:48
59
14
4391
Virtual karabakh

Ən az trafik sərf edən mobil messencer hansıdır?

İtaliyanın “SosTariffe” operatoru ən populyar messencerlər arasında internet trafikinin işlənməsi üzrə statistikanı tədqiq edərək onlardan hansı birinin daha az mobil meqabayt sərf etməsini müəyyənləşdirib.

Oxu.Az-ın məlumatına görə, “ICTnews.az” “Macdigger” resursuna istinadən yazır ki, müqayisədə “WhatsApp”, “Telegram”, “Hangouts”, “Line”, “Viber”, “Facebook Messenger” və “Skype” kimi yeddi messencer iştirak edib. 

Ekspertlər tərəfindən testlər 1 saat ərzində “LTE” şəbəkələrindən istifadə edilməklə aparılıb. 
Nəticələrdən məlum olub ki, “Telegram” ən az, “Skype” və “Facebook Messenger” isə ən çox trafik sərf edir.

Məlumata görə, sınaqlar üç istifadə rejimi üzrə keçirilib: Kiçik - 20 göndərilən və 20 alınan məlumat, 5 göndərilən və 5 alınan fotoşəkil.

Orta - 40 göndərilən və 40 alınan məlumat, 10 alınan və 5 göndərilən fotoşəkil. Yüksək - 100 göndərilən və 100 alınan məlumat, 50 alınan və 20 göndərilən fotoşəkil. 

“WhatsApp” messencerini geridə qoyan “Telegram” 1 saat istifadə üçün 0,42-3,75 meqabayt nəticə ilə ən az mobil trafik sərf etməsi ilə xarakterizə olunur ki, bu da “Facebook” messencerindən 35-40% azdır.

Digər əlavələr saatda 0,65-6,23 meqabayt sərf edən “WhatsApp”dan daha çox trafik sərf edirlər.

“Hangouts” və “Line” servisləri “WhatsApp” ilə müqayisədə trafiki 6-18% çox işlədir.
 Lakin aktiv rejimdə “Line” 5,85 meqabayt, “WhatsApp” isə 6,23 meqabayt sərf edib.

“Viber”, “Facebook Messenger” və “Skype” ən çox internet trafiki sərf edənlər sırasında yer alıb. Belə ki, “Viber” saatda 1,56-15,25, “Facebook” və “Skype” isə 2,05-22,22 meqabayt işlədib. 

U.A.
www.oxu.az

Digər İKT xəbərləri