15 
May
2017
10:42
58
20
3999
Virtual karabakh

Nazirlik yeni virus təhlükəsi ilə bağlı xəbərdarlıq etdi – VİDEO

15 May, 2017
10:42
3999

Nazirlik yeni virus təhlükəsi ilə bağlı xəbərdarlıq etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gündür ki, bütün dünyada kompüterlərin bəlasına çevrilən yeni, dəhşətli virus peyda olub. Bu virus artıq 99 ölkədə yayılıb və bir çox kompüterlərin məhvinə səbəb olub. Bu virus, hətta oğurlanan faylların əvəzində istifadəçidən pul da tələb edir.

Oxu.Az xezerxeber.az-a istinadən məlumat verir ki, bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlara xəbərdarlıq edib. 

Kompüter sistemlərini təhlükədən qorumağınız üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi yerli istifadəçilərə baş vermiş virus yoluxmalar barədə və ya əməli yardıma ehtiyac olduqda mərkəzin “1654” nömrəli qaynar xəttinə, yaxud [email protected] elektron ünvanına müraciət etməyinizi tövsiyə edir.

İ.N.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri